Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
00:27 | 21 aprel 2024 | Bazar
Məqaləyə 613 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
ABŞ Konqresinin Nümayəndələr Palatası keçirilən səsvermədə Ukrayna, İsrail və Tayvana fantastik məbləğdə yardımın göstərilməsi və Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadə edilməsi ilə bağlı qanun layihəsini qəbul edib. Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası, Kiyev administrasiyasının Rusiyaya qarşı müharibədə səhmlərinin ərimək üzrə olduğu bir vaxtda 6 aylıq siyasi dalana son qoyaraq, İsrail və Tayvan yardımı ilə birlikdə 95 milyard dollarlıq qanun layihəsini təsdiqləyib.
Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson, Demokratlarla birlikdə hərəkət edərək, öz partiyasında etiraz səslərini basdırarkən, qanun layihəsi iki partiyanın dəstəyi ilə 122 əleyhinə səsə qarşı, 311 lehinə səslə qəbul edildi. ABŞ prezidenti Co Bayden və demokratların çoxluq təşkil etdiyi Senatın yardım paketini, yəqin ki, yaxın günlərdə təsdiq edəcəyi gözlənilir. Nümayəndələr Palatasının qəbul etdiyi 95 milyard dollarlıq paketə Ukraynanın 61 milyard dollarlıq yardımından əlavə, İsrailə 26 milyard dollar və Hind-Sakit okean regionunun (Tayvan) təhlükəsizliyinə 8 milyard dollar yardım da daxildir. İsrailə ayrılan 26 milyard dollarlıq paketin 9 milyard dollarının Qəzza da daxil olmaqla döyüş bölgələrində istifadə olunacaq humanitar yardımlara ayrılması nəzərdə tutulur.
Nümayəndələr Palatasının Ukraynaya verdiyi xarici yardım paketində Rusiyanın ABŞ banklarındakı milyardlarla dollarlıq aktivlərinə həbs qoyulması və Ukraynanın yenidən qurulması üçün istifadə edilməsi ilə bağlı maddələr də var. Aylardır Parlamentdə gözlənilən xarici yardım paketinin bir hissəsi olan REPO Qanununun bu gün digər yardım paketləri ilə birlikdə təsdiqlənməsi Rusiyanın dünya banklarındakı 300 milyard dollarlıq dondurulmuş aktivlərinin ABŞ banklarında olan 6 milyardı Ukraynaya xərclənəcək. Yardım paketləri Senat və ABŞ prezidenti Co Bayden tərəfindən təsdiqlənərsə, banklara Rusiyanın dondurulmuş aktivlərini Ukrayna üçün xüsusi fonda köçürmək səlahiyyəti veriləcək. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra “Böyük yeddilik” ölkələri ABŞ, İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya birgə qərarla Rusiyanın bu ölkələrdəki 300 milyard dollarlıq aktivlərini dondurmuşdu.
ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasının spikeri Mayk Consonun təqdim etdiyi yardım qanun layihəsini dəstəklədiyini bəyan edib. Bayden verdiyi yazılı açıqlamada, “İsrail və Ukraynaya kritik dəstək verəcək, həmçinin Qəzzada fələstinlilərə humanitar yardım edəcək, Hind-Sakit okean bölgəsində təhlükəsizlik və sabitliyi gücləndirəcək bu paketi dəstəkləyirəm”, – deyib. Bayden bildirmişdi ki, qanun layihəsi Konqresdən keçib masasına gələn kimi imzalanacaq.
**
Kremlin sözçüsü Dmitri Peskov, ABŞ-ın dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadə etmə qərarına cavab verəcəyini ifadə edərək, “Bu, ABŞ-ın imicinə düzəlməz ziyan vuracaq” deyib. Rusiya xəbər agentliyi TASS-a açıqlama verən Peskov, ABŞ Konqresinin Nümayəndələr Palatasının dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadə edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləməsini dəyərləndirib. Moskvanın qəbul edilən bu qanuna necə reaksiya verəcəyi sualını cavablandıran Peskov, “Əgər bu, həqiqətən də belədirsə, ABŞ bunun üçün cavab verməli olacaq. Yəqin ki, heç bir zaman məhdudiyyəti olmayacaq. Bunu maraqlarımız üçün ən yaxşı formada edəcəyik”, – deyib.
Peskov Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulmasının ABŞ-ın imicinə zərbə vuracağını bildirib: “Rusiya aktivlərinin ələ keçirilməsi ilə bağlı qanuna gəlincə, təfərrüatları işləyib hazırlamaq lazımdır. İstənilən halda, əgər bizim aktivlərimizə faktiki həbs qoyularsa, bu, ABŞ-ın imicinə düzəlməz zərər vuracaq və ölkədəki bir çox investorları qoyduğu pulları geri almağa məcbur edəcək. Çünki xüsusi mülkiyyətin, xüsusən də dövlət mülkiyyətinin toxunulmazlığı pozulacaq”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi qanunla bağlı sosial media hesabında açıqlama verib. Ukraynaya yardımı ehtiva edən bu qanunun dünyadakı böhranları daha da ağırlaşdıracağını bildirən Zaxarova, “Kiyev rejiminə hərbi yardım birbaşa terror fəaliyyətlərinə dəstək, Tayvana hərbi yardım Çinin daxili işlərinə qarışmaq deməkdir. İsrailə olunan yardımsa regionda görünməmiş gərginliyin artması deməkdir”, – deyib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabında yazdığı statusda ABŞ-ın Ukraynaya yardımını əhatə edən bu qanun layihəsini qəbul etməsinin “müharibənin qurbanlarını maksimum dərəcədə artıracağı” kimi qiymətləndirib. Medvedev, “Əlbəttə, doymaz hərbi sənayenin boğazından keçəcək 60 milyard qanlı dollara baxmayaraq, biz qalib gələcəyik. Güc və faktlar bizimlədir” deyib.