Çin daha bir ölkəni Rusiyanın əlindən alır
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
20:24 | 30 aprel 2024 | Çərşənbə axşamı
Məqaləyə 1077 dəfə baxılıb
Şriftin ölçüsü
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Pekinin süni adalar işini sürətləndirməsi Tokionu hərəkətə keçirdi
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İngilis mediası 2027-ci ildə baş verməsi gözlənilən böyük müharibədən əvvəl Çinin qızıl alışını artırdığını bildirərək Pekinin bu ticarətdə rekord qırdığını dünyaya açıqladı.
21-ci əsrin əvvəllərində İraqı işğal edən və bütün diqqətini Yaxın Şərqə yönəldən ABŞ, Donald Trampın prezidentliyi dövründə Barak Obama dövründə işarə etdiyi ox dəyişikliyini reallaşdırdı. Ağ Ev administrasiyası Suriya kimi ölkələrdəki əsgərlərinin sayını azaldıb Cənubi Asiyadakı müttəfiqləri ilə Çini mühasirəyə almağa başlasa da, Vaşinqtonun Yaxın Şərq siyasətində boşluqlar və boz sahələr meydana çıxdı. Rusiyanın Ukraynaya hücumu balansı kökündən dəyişdi. Avropanı beynəlxalq gündəmdə birinci yerə tutan ABŞ Kiyev administrasiyasına on milyardlarla dollarlıq silah yardımı etdi. O cümlədən NATO-dakı müttəfiqləri də Vaşinqton administrasiyasının ardınca getdi.
***
Ötən illərdə Cənubi Asiyada, xüsusən də Tayvan məsələsində ən ciddi rəqibi Çinlə çəkişən ABŞ mübahisəli Cənubi Çin dənizi ətrafındakı ölkələrlə bir-bir anlaşaraq Pekin administrasiyasını mühasirəyə aldı. Amerika əsgərlərinin 30 ildən sonra ilk dəfə Filippinə qayıtmasını təmin edən razılaşma ilə 2023-cü ilin fevral ayından etibarən ABŞ-ın Cənubi Çin dənizi ətrafında yaratmağa çalışdığı müdafiə qalxanı tamamlandı. Cənubda Avstraliya, şimalda Yaponiya və Cənubi Koreyanın daxil olduğu xətdə çatışmayan yeganə ölkə Filippin idi.
***
“The Telegraph” qəzetində dərc edilən xəbərdə Pekinin son illərdə rekord səviyyədə qızıl aldığı və ölkənin 170 milyard dollarlıq qiymətli metal ehtiyatına sahib olduğu bildirilib. Qəzet Çinin Tayvan müharibəsindən əvvəl belə bir hazırlıq gördüyünü iddia edib. Dünya Qızıl Şurasının məlumatlarına görə, Çin Xalq Bankı (PBOC) ilin ilk üç ayında 27 ton qızıl alıb və ehtiyatlarını rekord səviyyəyə – 2262 tona çatdırıb.
Hərbi ekspertlər hesab edirlər ki, Çinin ehtiyatları Tayvanla bağlı münaqişə vəziyyətində iqtisadiyyatını Qərbin sanksiyalarından qorumaq cəhdidir. Qəzeti açıqlama verən, Böyük Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) direktor müavini Conatan Eyal bu satınalmaları şərh edib: “Onlar bu alışlarla qarşıdan gələn müharibə – ABŞ-la münaqişə üçün hazırlıq edirlər. Təbii ki, bu vəziyyət birbaşa Tayvanda başlayacaq müharibə ilə bağlıdır”.
***
Çin Xalq Bankı, Qərb ölkələrinin Ukraynaya geniş miqyaslı müdaxiləsinə cavab olaraq xarici mərkəzi banklardakı Rusiya valyuta ehtiyatlarını dondurduqdan və Qərbin sanksiyaları Moskvanın 350 milyard dollar pulunu sildikdən qısa müddət sonra qızıl almağa başlayıb. ABŞ analitiklərinə görə, böyük müharibə 2027-ci ilə qədər baş verəcək.