Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:21 | 22 avqust 2024 | Cümə axşamı
Məqaləyə 615 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Çin ABŞ prezidenti Co Baydenin "Çin təhdidinə yenidən diqqət yetirən gizli nüvə strategiyasını" təsdiqlədiyi iddiasına reaksiya verib. Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirdiyi mətbuat konfransında “New York Times” qəzetinin dərc etdiyi xəbərdə Baydenin ABŞ ordusuna Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinasiyalı nüvə münaqişələrinə hazırlaşmaq göstərişi verdiyi iddiasını dəyərləndirib.
Mao, ABŞ-ın son illərdə Çini “nüvə təhlükəsi” olaraq xarakterizə etdiyini və nüvə silahsızlanma öhdəliyindən yayınmaq, nüvə arsenalını genişləndirmək və mütləq strateji üstünlük yaratmaq üçün bir bəhanə kimi istifadə etdiyini iddia edib. “Dünyada nüvə risklərinə və strateji təhlükələrə ən birinci nümunə ABŞ-dır”, – deyib
Çinin nüvə arsenalının ölçüsünün heç bir halda ABŞ ilə eyni səviyyədə olmadığını vurğulayan Mao, “Çin nüvə silahından ilk istifadə edən olmamaq siyasətini izləyir və nüvə potensialını minimum səviyyədə saxlayır. Milli müdafiədə bizim başqa ölkələrlə silahlanma yarışına girmək fikrimiz yoxdur”, – deyib.
ABŞ-ın dünyada ən böyük və ən qabaqcıl nüvə arsenalına sahib olduğuna və “ilk istifadə edən” olmasına əsaslanan nüvə qarşısının alınması siyasətinə sadiq olduğuna diqqət çəkən Mao, Vaşinqton administrasiyasını nüvə silahlarını azaltmaqla tərksilah olunmaqla bağlı xüsusi və əsas öhdəliyini yerinə yetirməyə çağırıb.
Mao, “Birləşmiş Ştatlar nüvə mübadiləsi, çəkindirmənin yayılması və nüvə ittifaqının genişləndirilməsi kimi qlobal və regional sülhə xələl gətirəcək mənfi addımlarını dayandırmalıdır”, – deyib.
“The New York Times” qəzeti iddia edib ki, prezident Bayden mart ayında Amerika ordusuna ABŞ-ın nüvə hücumundan çəkindirmə strategiyasını dəyişərək, Rusiya və Şimali Koreya kimi nüvə dövlətlərinin, xüsusən də Çinin nüvə texnologiyalarına və silahlarına qarşı yenidən təşkil etmək göstərişi verib.
Xəbərdə Ağ Evin Baydenin qərarını açıqlamadığı və “Nüvə Yerləşdirmə Bələdçisi” adlı strategiyada Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinasiyalı nüvə münaqişələrinə qarşı hazırlıq planlarının olduğunu iddia etdiyi vurğulanıb.