vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
Terrorçular motosiklet partlatdı 23:16 | 24 avqust 2024 | Şənbə Məqaləyə 296 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Terrorçular motosiklet partlatdı

Ölənlər və yaralananlar var

CAVİD

Polis rəsmiləri bu gün Pakistanın cənub-qərbində baş verən partlayışda iki uşağın öldüyünü, 16 nəfərin yaralandığını açıqlayıb.

“Reuters”in məlumatına görə, Pişin polisinin baş müfəttişi Mənzur Pulidi öz açıqlamasında bildirib ki, şəhərin polis idarəsi yaxınlığında motosikletə quraşdırılmış uzaqdan idarə olunan bombanın partladılması nəticəsində 7 polis əməkdaşı yaralanıb.

Polis məmuru Mucibur Rahman, “Partlayıcılar ərazidə park edilmiş motosikletə yapışdırılıb. Partlayış zamanı ərazidən keçən iki uşaq ölüb”, – deyib.

Baş nazir Şahbaz Şərif açıqlamasında partlayışda iki uşağın “şəhid olmasından” dərin hüznlə kədərləndiyini bildirib, onların ailələrinə başsağlığı verib və bütün yaralıların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, silahlı qruplaşmalar, xüsusilə də Bəlucistan Azadlıq Ordusu əyalətdə fəaldır və mart ayında Qvadar limanı da daxil olmaqla əyalətdəki təhlükəsizlik qüvvələrinə və obyektlərinə hücum edib.