vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
Məxfi xidmətdən Baydenə qadağa 21:08 | 3 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 417 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məxfi xidmətdən Baydenə qadağa

ABŞ prezidentinə izdihamlı yerlərə getməyə icazə verilmir

CAVİD

ABŞ prezidenti Co Bayden bildirib ki, Məxfi xidmət ona çox təhlükəli olduğu üçün insanların sıx olduğu yerlərə getməsinə icazə verməyib.

Prezident Bayden Pensilvaniyadakı seçki kampaniyasından sonra Ağ Evə qayıdarkən mətbuat mənsublarına səfərini dəyərləndirdi.

Bu cür seçki səfərlərini bəyəndiyini deyən Bayden sualı belə cavablandırıb: “Artıq izdiham olan yerlərə gedə bilmirəm, Məxfi xidmət icazə vermir. Çox təhlükəli olduğunu deyirlər”, – deyib.

Baydenin sözügedən videosu sosial mediada yayılarkən, xüsusilə Respublikaçı hesabların Baydenin sözlərindən geniş şəkildə istifadə etdiyi görüldü.