Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:41 | 9 sentyabr 2024 | Bazar ertəsi
Məqaləyə 565 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Avropa Birliyi (AB) bu gün (sentyabrın 9-da) yaydığı bəyanatda bildirib ki, müttəfiqləri İranın Rusiyaya ballistik raketlər tədarük etdiyinə dair kəşfiyyat məlumatlarını paylaşıb və çatdırılma təsdiqlənərsə, Tehrana qarşı yeni sanksiyaların tətbiq ediləcəyi barədə xəbərdarlıq ediblər.
“France-Presse” Agentliyinin verdiyi xəbərə görə, AB Komissiyasının sözçüsü Peter Stano, “Biz bu məsələni üzv dövlətlərlə müzakirə edirik. Əgər tədarüklər təsdiqlənərsə, bu, İranın Rusiyanın Ukraynaya qarşı qanunsuz işğalçı müharibəsinə dəstəyinin əhəmiyyətli dərəcədə artması deməkdir”, – deyib.
İran dövlət mediasının İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirinə əsaslanaraq yaydığı xəbərə görə, İranın Rusiyaya raket göndərməsi xəbəri “psixoloji müharibə” təşkil edir.
“Wall Street Journal”ın Tehranın Moskvaya qısa mənzilli ballistik raketlər göndərməsi xəbəri ilə bağlı suala cavab olaraq Kreml “İran Rusiyanın tərəfdaşıdır və iki ölkə bütün sahələrdə dialoqu inkişaf etdirir” deyib. Qəzet adı açıqlanmayan ABŞ və Avropa rəsmilərinə əsaslanan xəbər hesabatında İranın Rusiyaya qısa mənzilli ballistik raketlər göndərdiyini iddia edib.
Kremlin sözçüsü Dmitri Peskov hesabatı gördüyünü, lakin dərc olunanların hamısının doğru olmadığını deyib. Peskov jurnalistlərə, “İran bizim mühüm tərəfdaşımızdır. Biz ticarət-iqtisadi əlaqələrimizi yaxşılaşdırmağa, bütün mümkün sahələrdə, o cümlədən ən həssas sahələrdə əməkdaşlığımızı və dialoqumuzu genişləndirməyə çalışırıq”, – deyib.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya təcavüzünə başlayandan və İran Rusiya ordusuna “Şəhid” pilotsuz uçuş aparatları (PUA) tədarük etdikdən sonra Tehran və Moskva daha da yaxınlaşıb.
ABŞ cümə günü bildirib ki, İranın Rusiyaya hər hansı ballistik raket ötürməsi Ukraynada davam edən müharibədə böyük gərginlik yaradacaq.