Trampdan gözlənilməz qərar
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
21:19 | 13 sentyabr 2024 | Cümə
Məqaləyə 430 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ kəşfiyyatının hesabatı ilə CENTCOM-un açıqlamaları ziddiyyət təşkil edir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Proqramda urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzuları müzakirə olunur
BMT-nin Bakıda keçirilən forumu beynəlxalq medianın diqqət mərkəzində
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
ABŞ-ın BMT Təhlükəsizlik Şurasında islahatlara baxışı bu gün açıqlanacaq. ABŞ-ın yüksək rütbəli rəsmisi Afrika qitəsindən iki yeni daimi ölkənin BMT Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməsini və inkişaf etməkdə olan kiçik ada ölkələri üçün BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünün yaradılmasını istədiklərini bildirib.
ABŞ Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) islahatı üçün atılacaq addımlar çərçivəsində iki Afrika ölkəsinin BMT Təhlükəsizlik Şurasına daimi üzv kimi qoşulmasını, lakin veto hüququ verilməməsini dəstəklədiyini bildirib.
Yüksək rütbəli ABŞ rəsmisindən verdiyi məlumata görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bu gün ölkəsinin BMT Təhlükəsizlik Şurasında islahatlara baxışını açıqlayacaq.
ABŞ rəsmisi qeyd edib ki, Afrika qitəsindən iki yeni daimi ölkənin BMT Təhlükəsizlik Şurasına daxil edilməsini tələb edəcəklər.
Sözügedən ölkələrin veto hüququ istəmədiyini bildirən rəsmi, Afrika ölkələrinin daimi üzv kimi iştirakının BMT TŞ-nın təmsilçilik gücünü artıracağını bildirib.
Rəsmi veto hüququnun genişləndirilməsinin BMT TŞ-ni daha da bağlayacağını və ABŞ-ın Hindistan, Almaniya, Yaponiya, Latın Amerikası və Karib hövzəsi ölkələrindəki təmsilçiliyinin də artmalı olduğunu düşündüyünü bildirib.
***
Rəsmi, inkişaf etməkdə olan kiçik ada ölkələri üçün də BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünün yaradılmasını istədiklərini söylədi.
Təxminən 65 milyon insanın təmsil olunduğu bu ölkələrin BMT TŞ-də “səs” sahibi olmasının əhəmiyyətinə diqqət çəkən rəsmi, bu ölkələrin fikirlərinin sülh və təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu bildirib.
***
Rəsmi qeyd edib ki, ABŞ bu vizyonunu reallaşdırmaq üçün danışıqlara açıqdır. Bu kontekstdə BMT Nizamnaməsini dəyişdirmək üçün BMT Baş Assambleyasında səsvermənin tələb olunacağına işarə edən rəsmi ABŞ-ın digər ölkələrlə danışıqlara hazır olduğunu bildirib.