Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:11 | 14 sentyabr 2024 | Şənbə
Məqaləyə 574 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
Soyuq müharibə başa çatdıqdan sonra Avropa dövlətləri hərbi büdcələrini azaltmaq və sosial proqramlara daha çox pul xərcləmək səlahiyyətinə malik idilər.
Bu dövrdə müdafiə işini böyük ölçüdə ABŞ-a buraxan Avropa indi yenidən silahlanmağı düşünür. Çünki Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı bitib-tükənməyən müharibə ilə ekspansionist zehniyyətini bir daha ortaya qoydu və Vaşinqton isə indi diqqətini Çinə yönəltmək istəyir.
Lakin sosial yardımı azaltmaq və silahlanmağa başlamaq bunun əksini etməkdən qat-qat çətindir.
Məsələn, Almaniyada mülki istifadə üçün buraxılmış hərbi bazalar idman mərkəzləri, qocalar evləri kimi obyektlərə çevrilib. Soyuq müharibə illərində Qərbdə (AFR) yarım milyon, Şərqdə (ADR) 300 min olan əsgər sayı ölkənin birləşməsindən sonra hazırda cəmi 180 min civarındadır.
Rusiya Ukraynanı işğal etdikdən sonra Almaniya bunun “dönüş nöqtəsi” olduğunu bəyan edərək, ümumi daxili məhsulunun 2 faizini orduya xərcləmək qərarına gəlsə də, atılan addımlar yetərli sayılmır.
Almaniyanın müdafiə naziri Boris Pistorius bu yaxınlarda büdcədə onlara çox az pay ayrıldığını bildirib və bu açıqlamalarla etiraz verib: “Bu məni əsəbiləşdirir. Bu o deməkdir ki, biz bəzi işləri təhlükə vəziyyətində tələb olunan qədər tez edə bilmərik”.
Müstəqil araşdırma mərkəzi olan Kiel Dünya İqtisadiyyatı İnstitutunun bu ay dərc etdiyi hesabatda, Almaniyanın bu sürətlə silahlanmağa davam edəcəyi təqdirdə, 2004-cü ildə malik olduğu haubitsaların sayını bərpa etmək üçün yüz il lazım olacağı açıqlanıb.
Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Heybek, radikal sağın yüksəlişi kimi təhdidlərə diqqət çəkərək, “Hərbiyə daha çox pul verməliyik deyə, sosial dövlətdən imtina etmək fikrini ölümcül sayıram. Ölkəni bir yerdə saxlamaq üçün sosial xərclər lazımdır”, – deyib.
Almaniyanın ifrat sağçı partiyanın (AfD) üzvləri “Ukrayna və qaçqınlar məktəb yeməklərindən daha vacibdirmi” kimi suallar verməklə seçiciləri öz tərəfinə çəkməyə çalışır.
Dünyanın aparıcı iqtisadi qəzeti olan “Wall Street Journal” bu vəziyyəti “silah və yoxsa yağ” kimi ümumiləşdirir.
Digər tərəfdən, NATO-nun hərbi xərclərinin üçdə ikisini əhatə edən ABŞ-da prezidentliyə namizədlərdən ikisi Avropanın bu xərci əhəmiyyətli dərəcədə çəkməli olduğunu iddia edir.
Görünən odur ki, Donald Trampın prezidentliyi dövründə onun yenidən seçiləcəyi təqdirdə etdiyi təzyiqlər artmaqda davam edəcək. “Rusiya nə istəsə, edə bilər” deyərək az pul ödəyən ölkələri hədələyən respublikaçı Avropa dövlətlərinin NATO-nun 2 faizlik hədəfini aşmalı və ümumi daxili məhsulunun ən azı 3 faizini ittifaqa verməli olduqlarını vurğulayır.
Polşa və ya Baltikyanı ölkələr istisna olmaqla, Trampın istədiyi kimi 3 faiz verən ölkə demək olar ki, yoxdur. İtaliya və İspaniya 2 faizlik hədəfi bir yana qoyaq, 1,5 faizdən də az verir.
Münhendə yerləşən Ifo analitik mərkəzi bildirir ki, Avropa Soyuq müharibədən sonra hərbi xərcləri azaltmaqla 1991-ci ildən bu yana 1,8 trilyon avroya qənaət edib.
Berlində yerləşən Bertelsmann Fondunun müdafiə eksperti Kristian Möllinq hər kəsi düşündürən sualı verir: “Hər kəs bilir ki, biz çox xüsusi bir yol ayrıcındayıq. Sual olunur: pul haradan gələcək?”