Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
22:12 | 14 sentyabr 2024 | Şənbə
Məqaləyə 503 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Moskva Qərbə xəbərdarlıq edib ki, Ukraynaya uzaqmənzilli silahlardan istifadə etməklə Rusiya ərazisinin dərinliklərinə hücumlar təşkil etmək üçün yaşıl işıq yandırmasın. Rusiya prezidenti Vladimir Putin deyib ki, “bu, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Moskva ilə birbaşa müharibəyə girməsi demək olacaq”. Kremlin sözçüsü Dmitri Peskov Putinin xəbərdarlığının çox aydın olduğunu bildirib. “Bu bəyanatın nəzərdə tutulan tərəflərə çatdığına şübhə etmirik”, – Peskov bildirib.
Həm ABŞ, həm də Qərb rəsmilərinin son bəyanatları göstərir ki, Ukraynanın Rusiyanın daxilində dərindən zərbələr endirə biləcək silahlardan istifadəsinə mane olan məhdudiyyətlər “qismən” aradan qaldırıla bilər. Məlumata görə, Qərb mediası rəsmilərin ABŞ prezidenti Co Baydenin Ukraynaya ABŞ silahından istifadə etmədən hücumlar həyata keçirməsinə zəmin hazırlamağa hazırlaşdığını bildirib. Onlar qeyd ediblər ki, Bayden Kiyevə ABŞ texnologiyası əsasında Böyük Britaniya və Fransa raketlərindən istifadə etməyə icazə verməyə hazırdır, lakin ABŞ istehsalı olan raketlərdən istifadə etməyəcək. Yəni Azərbaycan təbiri ilə desək “həsiri basma, dolan gəl”.
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Qərb Ukraynanı hədəf alan Rusiya raketləri və pilotsuz təyyarələrinin vurulmasında rolunu ictimaiyyətə açıqlamaqdan çox “qorxur”, İsrail isə İran tərəfindən hücuma məruz qalanda bunu etdi. Zelenski “Onlar “hətta biz bunun üzərində işləyirik” deməkdən qorxurlar”, – deyib.