Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:51 | 18 sentyabr 2024 | Çərşənbə
Məqaləyə 606 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Respublikaçıların lideri Donald Trampın oğlu kiçik Donald Tramp və Robert Kennedi “nüvə fəlakətinin qarşısını almaq üçün” Rusiya ilə razılaşmaya və Ukrayna müharibəsinə son qoymağa çağırıb.
Oğul Trump və kiçik Robert Kennedi Amerikanın “The Hill” qəzetində dərc olunmuş məqalələrində iddia edirlər ki, Kiyev administrasiyasına Rusiya torpaqlarına hücumlarda uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verilməsi “Kuba raket böhranından bəri yaşanan və dünyanı əvvəlkindən daha çox nüvə məhvi riskinə məruz qoyacaq”.
ABŞ-ın tanınmış qəzetlərindən olan “The New York Times” ötən həftə verdiyi xəbərdə ABŞ prezidenti Co Baydenin uzaqmənzilli silahlara qoyulan məhdudiyyəti aradan qaldıra biləcəyini iddia etmişdi. Bildirilib ki, Bayden sentyabrın 13-də Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşündə bu məsələ ilə bağlı qərar daha sonrakı tarixə təxirə salınıb.
Rusiya prezidenti Vladimir Putin də belə bir qərarın müharibənin gedişatını dəyişəcəyini bildirərək, “Bu, Rusiyanın NATO ölkələri, Avropa Birliyi ölkələri və ABŞ-la müharibə edəcəyi anlamına gələcək”, – deyə xəbərdarlıq etmişdi.
Kiçik Donald Trump və Robert Kennedy Putinin “blef etdiyi” ilə bağlı təhlillərin düzgün olmadığını iddia edir və Kremlin dəfələrlə "nüvə silahından istifadə etməklə" hədələdiyini xatırladıb.
Məqalədə qeyd edilir ki, Moskvanın təmkinli mövqeyini zəiflik kimi qəbul etməklə səhvə yol verən Vaşinqton “ilk növbədə buna heç vaxt icazə verilməməli olan bu müharibədən diplomatik çıxış yolunun tapılmasına diqqət yetirməlidir”.
“Biz uçurumun kənarına bundan daha yaxınlaşa bilmərik” deyən məqalədə, “Təsəvvür edin ki, Rusiya başqa ölkəyə raketlər, təlimlər və Amerika ərazisinin dərinliklərinə hücum etmək üçün hədəflər haqqında məlumat verir. ABŞ buna heç vaxt dözməz. Rusiyanın da buna icazə verəcəyini gözləməməliyik”, – yazılıb.
Oğul Trump və Robert Kennedi Amerikanın Ukraynada “heç bir kritik maraqlarının risk altında olmadığını” iddia edərək, atəşkəsə mümkün qədər tez çağırıb: “Bu münaqişəni dayandırmağın vaxtıdır. Bu, millətimizin müzakirə etdiyi hər hansı siyasi məsələdən daha vacibdir. Nüvə müharibəsi bildiyimiz kimi sivilizasiyanın sonu və bəlkə də insan növünün sonu demək olardı”.
ABŞ-ın 25-ci prezidenti Con Kennedinin qardaşı oğlu kiçik Kennedi noyabrın 5-də keçiriləcək prezident seçkilərində ilk olaraq Demokratlar Partiyasından namizəd kimi iştirak edib, lakin partiya daxilində senzuraya məruz qaldığını iddia edib və keçən ilin oktyabrında müstəqil olaraq yarışı davam etdirmək qərarına gəlib. Daha sonra kiçik Kennedi keçən ay namizədliyini geri götürəcəyini və Trampı dəstəkləyəcəyini açıqladı.
Son illərdə “Covid-19” peyvəndinə qarşı çıxdığına və sui-qəsd nəzəriyyəçilərinə yaxınlığına görə tənqid olunan kiçik Kennedi dəfələrlə ABŞ-ın Rusiyaya qarşı Ukraynanın tərəfində mövqe tutmasına qarşı çıxıb və müharibəyə son qoymağa çağırıb.