Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:45 | 19 fevral 2025 | Çərşənbə
Məqaləyə 345 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Almaniyanın xarici işlər naziri Annalena Birbok ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı danışıqlarda Avropa ölkələrinin iştirak etməməsini tənqid edərək, Avropada davamlı sülhün yalnız Avropa ilə əldə oluna biləcəyini bildirib.
Birbok verdiyi yazılı açıqlamada Avropanın təhlükəsizliyi və sülhü üçün mühüm bir yol ayrıcında olduqlarına diqqət çəkərək, Ukraynada indi qalıcı sülhün əldə edilməsinin vacib olduğunu vurğulayıb.
Nazir Rusiyaya yeni müharibəyə hazırlaşmaq üçün yalnız nəfəslik verəcək bir “saxta sülh”ün Ukrayna, Avropa və ya ABŞ-a fayda verməyəcəyini bildirərək, xüsusilə Atlantikanın o biri tərəfindən gələn müxtəlif səslərə baxmayaraq, Ukrayna məsələsi ilə bağlı danışıqlardan narahat olmamaları və bu mövzuda sakitliyin qorunub saxlanması lazım olduğunu qeyd etdi.
Birbok xəbərdarlıq edib ki, Avropanın rolunu aşağılamaq Rusiyanın işinə yarayacaq: “Avropada sonuncu sülh ancaq Avropa ilə əldə edilə bilər”.
Birbok bildirib ki, buna görə də ABŞ administrasiyasına qarşı özünə inamlı münasibət nümayiş etdirilməlidir.
Ukraynanın qüdrətini artırmaq üçün səylərini davam etdirdiklərini bildirən Birbok, Ukraynada və son nəticədə Avropada sülhün güc mövqeyindən danışıqlar yolu ilə əldə edilə biləcəyini söylədi.
Birbok Avropa Birliyinin (AB) Rusiyaya qarşı 16-cı sanksiyalar paketi ilə bağlı razılaşmasını alqışlayıb.
Ukraynaya hərbi dəstək verməkdə avropalılar kimi birlikdə irəliləyəcəklərini ifadə edən nazir, AB-nin artilleriya silahları, hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatları üçün milyardlarla avro dəyərində böyük bir paket hazırladığı məlumatını paylaşıb.
“Amma biz AB olaraq bununla kifayətlənməməliyik. Biz həmçinin ikitərəfli əsasda Ukraynaya yardımımızı artıracağıq və istəsək də, istəməsək də bunun üçün büdcəyə düzəlişlər etməliyik”, – deyə Birbok bildirib.