İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
12:29 | 21 fevral 2025 | Cümə
Məqaləyə 494 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
Onun atası Şapur Əli Rza Pəhləvi şahın yeganə doğma – ata və anabir qardaşı idi (digər qardaşların anaları ayrı idi). Atası 1940-cı illərin ikinci yarısında Fransada yaşayarkən polyak əsilli Kristiana Xolevska ilə evlənir və bu nikahdan 1947-ci il sentyabrın 1-də Əli Patrik Pəhləvi anadan olur. Cütlük 1948-ci ildə boşanır.
Şapur Əli Rza Pəhləvi 1954-cü ildə özünün idarə etdiyi təyyarənin qəzaya uğraması nəticəsində həlak oldu. Məhəmməd Rza şahın o vaxt oğlu olmadığından qardaşı vəliəhd sayılırdı. Onun ölümündən sonra isə oğlu Əli Patrik taxt-tacın vəliəhdi oldu (bu vəziyyət şahın 1960-cı ildə oğlu olana qədər davam etdi).
Əli Patrik Pəhləvi 1970-ci ilin əvvəllərinə kimi daha çox anasının yanında yaşayır, sonra İranda məskunlaşır. 1975-ci ildə SAVAK polisi onun iki yaxın dostunu (ər və arvad) öldürür. Əli Patrik buna kəskin etiraz edir və nəticədə özü də həbs olunur. Deyilənlərə görə, həbsdə “yalançı edam” kimi psixoloji işgəncəyə belə məruz qalır.
Nənəsi, şahın anası Tac-ül Mülk Ayrımlının məsələyə müdaxiləsindən sonra Əli Patrik həbsdən buraxılır və Türkmənistanla sərhəddə yerləşən Kəlalə şəhərinə sürgün edilir. Şahzadə sonrakı illərdə də şah rejimini xüsusən korrupsiyaya görə kəskin tənqid edir.
İslam inqilabından sonra İranı tərk etmir. Özünün dediyinə görə, ona münasibət baxımından fars-molla rejimi iki yerə bölünür, bir hissəsi həbsinə tərəfdar olur, bir hissəsi isə toxunulmamasını istəyir. Əli Patrik dörd dəfə həbs edilir, amma dördündə də qısa müddət sonra buraxılır. Nəhayət, beşinci həbsi barədə informasiya alanda həyatı ilə çilingağac oynamamağı qərara alır və İranı tərk edir.
1970-ci illərin əvvəllərində Sonya Lauman ilə evlənən Əli Patrik Pəhləvinin üç oğlu var. Hazırda Fransada yaşayır.