Bəs sülh anlaşması?
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
22:28 | 2 mart 2025 | Bazar
Məqaləyə 422 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Tramp: “Nüvə silahından imtina etməsələr, razılaşma olmayacaq”
Blokadaya 15-dən çox hərbi gəmi qoşulub
5 nəfər öldürüldü
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
“Avropa gücləri Ukraynada müharibəyə son qoyacaq mümkün sülh sazişinin qorunub saxlanılmasını təmin etmək üçün fəal olacaqlar”. Bu sözləri NATO-nun baş katibi Mark Rutte Avropa liderlərin Londonda Ukrayna ilə bağlı zirvə toplantısından sonra mətbuata açıqlamasında deyib.
Rutte yaxşı görüş keçirdiklərini və Avropa ölkələrinin müdafiə xərclərini artırmaq üçün addımlar atmağa razı olduqlarını bildirib: “Bu, çox yaxşı görüş idi, çünki gördüyünüz kimi, Avropa ölkələri Ukraynanın mübarizəni davam etdirmək üçün lazım olan hər şeyə malik olduğundan əmin olmaq üçün addımlar atır”.
Rutte bildirib ki, digər Avropa ölkələri yaxın vaxtlarda Finlandiya və Böyük Britaniyanın Ukraynaya elan etdiyi kimi yeni yardım paketlərini elan edəcəklər.
***
Müharibə başa çatdıqdan sonra Ukrayna üçün təhlükəsizlik təminatlarından danışan Rutte, “Biz görürük ki, Avropa ölkələri həqiqətən də sülh sazişi bağlanana qədər təhlükəsizlik zəmanətləri ilə köməklik etmək üçün addımlar atırlar. Aydındır ki, hələlik heç bir razılaşma yoxdur, lakin biz o ana hazırlaşmalıyıq və əmin olmalıyıq ki, Avropa ölkələri təhlükəsizlik təminatlarında kömək etməyə hazırdır”, – deyib.
NATO baş katibi qeyd edib ki, Fransa və Britaniya təhlükəsizlik zəmanəti ilə bağlı təşəbbüsü öz üzərinə götürüb, lakin digər Avropa ölkələri də kömək etməyə hazırdır.
Rutte ABŞ administrasiyasının sülhün təhlükəsizlik zəmanətlərindən əvvəl olması ilə bağlı bəyanatlarına toxunaraq deyib: “Amerikalılar haqlı olaraq deyirlər ki, bizə razılaşmadan əvvəl qorunub saxlanmalı olan sülh lazımdır və biz bunu başa düşürük. Amma eyni zamanda əmin olmalıyıq ki, nə vaxt və əgər razılaşma əldə olunarsa, biz buna hazırıq. Avropa bu sazişin, bu sülhün davamlı ola biləcəyinə əmin olmaqda böyük rol oynayacaq”.
“Əgər siz sülh sazişinin daimi olmasına və razılaşmadan sonra Putinin bir daha Ukraynaya hücum etməyə cəhd etməyəcəyinə əmin olmaq istəyirsinizsə, o zaman bu, avropalıların Ukraynada sülhün qorunub saxlanması, onun davamlı və daimi olmasını təmin etmək üçün fəal olacaqları deməkdir”, – deməklə Rutte mümkün sülh razılaşmasının “daimi” olmasının vacibliyinə işarə edib.
***
ABŞ-ın təhlükəsizlik zəmanətinin bir hissəsi olmağı öhdəsinə götürüb-qoşmayacağına dair sualı cavablandıran Rutte, Trampla “müsbət” telefon danışığının olduğunu söylədi.
ABŞ-ın NATO-ya bağlılığı ilə bağlı sualı cavablandıran Rutte deyib: “Mən prezident Trampla dəfələrlə danışmışam. O, yaxşı dostdur. Biz səkkiz ildir ki, birlikdə işləmişik. O, dörd il prezident olanda və o, prezidentlikdən gedəndə əlaqəmiz olub. Əlbəttə, biz indi çox fəal şəkildə əlaqə saxlayırıq və onun dəfələrlə dediyi kimi, o, NATO-nun 5-ci maddəsinə tam sadiqdir. Gəlin, ABŞ-da edib-etməyəcəyini kənara qoyaq. Onlar 5-ci maddəyə sadiqdirlər. Müdafiə naziri, prezidentin özü və digər rəsmilər bunu hər zaman deyirlər”.