
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Dmitri Karakozovun 1866-cı ilin aprelində II Aleksandra uğursuz qəsdi ilə Rusiya inqilabi hərəkatında yeni mərhələ başladı – terror mərhələsi. Karakozov həmin ilin sentyabrında edam olundu.
Çar bir il sonra, 1867-ci il iyunun 6-da Parisdə olanda polyak Anton Berezovski ona atəş açdı, amma bu qəsd də uğursuz oldu. Berezovski əvvəlcə katorqaya məhkum edildi, 20 il sonra cəzası sürgünə dəyişdirildi. 1906-cı ildə əfv edilsə də, Fransaya qayıtmadı və 1916-cı ildə indi bizim ağır əsarətdən, səfalətdən, korrupsiyadan qurtarmaq istədiyimiz Yeni Kaledoniyada öldü.
1879-cu il aprelin 14-də Peterburqda inqilabçı Aleksandr Solovyov çara 5 atəş açdı, amma heç biri II Aleksandra dəymədi. Yalnız biri paltosunun ətəyini dəlib keçdi. Solovyov iyunun 9-da edam olundu.
Həmin il dekabrın 1-də “Narodnaya volya” təşkilatı çarı öldürməyə cəhd etdi. II Aleksandr Krımdan qayıdırdı. Təhlükəsizlik məqsədilə öndə “məiyyət qatarı” (burada məiyyət, qarderob və ərzaq olurdu), yarım saat sonra isə imperatorun özünün qatarı gedirdi. Terrorçular bunu bilirdilər və ikinci qatarı partlatmağı düşünürdülər. Amma məiyyət qatarının lokomotivində problem yarandı, imperator qatarı əvvəl yola düşdü. Bomba da ikinci qatarın altında partladı.
İmperatorun Qış sarayına xarrat kimi işə düzələn narodovolyaçı Stepan Xalturinin zirzəmidəki otağına hissə-hissə dinamit topladı və 1880-cı il fevralın 17-də işə saldı. Bir mərtəbədəki qarovul otağında 11 hərbçi və 1 lakey həlak oldu. Qarovul otağından yuxarıda çar və ailəsinin yeməkxanası idi. Amma həmin vaxt orada deyildilər, üstəlik, partlayıcının gücü iki mərtəbə yuxarıya ciddi zərər verəcək qədər deyildi.
Həmin il avqustun 29-da imperator karetasının keçdiyi Kamennıy most adlı körpünün altına bomba yerləşdiriləcəkdi. Amma saatı olmayan icraçı mövqeyini vaxtında tutmadı, partlayış kareta gedəndən az sonra baş verdi.
Nəhayət, 1881-ci il martın 13-də baş verən cəhd uğurlu alındı və bunun səbəbi çarın öz ehtiyatsızlığı oldu. Yekaterina kanalının sahilboyu ilə gedən imperator karetasına Nikolay Rısakov tərəfindən atılan bomba atları yaraladı, kareta qismən dağıldı. Amma monarx özü xəsarət almadı. Müşayiətçilər ona hadisə yerini tələsik tərk etməyi məsləhət gördülər. Amma çar yaralanan mühafizəçilərinə yaxınlaşıb bir-iki söz demədən getməyi özünə sığışdırmadı. Sonra Rısakova yaxınlaşıb nəsə soruşur və geri qayıdır. O vaxta qədər gizlənən və mühafizəçilərin görmədiyi İqnati Qrinevitski çara lap yaxınlaşaraq əlindəki bombanı ayaqlarının altına atır. Həm özü, həm II Aleksandr ölümcül yaralandılar və elə həmin gün öldülər.
Həbs edilən Nikolay Rısakovun verdiyi ətraflı ifadələr nəticəsində polis xeyli adamı həbs etdi. Onlardan altısı (Rısakov da daxil olmaqla) edam edildilər.
II Aleksandr Rusiyanın ən islahatçı hökmdarı idi və hətta ölümündən bir qədər əvvəl konstitusiya layihəsi hazırlamağı tapşırmışdı. Buna baxmayaraq, ən çox qəsdə də məhz o, məruz qaldı. İnqilabçılar düşünürdülər ki, çarın ölümü ilə çarizm çökəcək. Amma yerinə keçən oğlu III Aleksandr daha mürtəce siyasət yürütdü, konstitusiya ideyası da rədd edildi.