ABŞ təyyarəsi Pakistana endi
“Danışıqlar hərbi bazada keçirilə bilər”
00:44 | 14 mart 2025 | Cümə
Məqaləyə 346 dəfə baxılıb
Şriftin ölçüsü
“Danışıqlar hərbi bazada keçirilə bilər”
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
İran keçidləri bağladı, 800 gəmi blokadada qaldı
Azərbaycanlı əsilli biznesmen Rusiya kinostudiyasını satın aldı
Tehran İslamabada nümayəndə heyəti göndərilməsi xəbərlərini təkzib etdi
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Qara qızıl bazarında nadir rast gəlinən hadisə yaşandı
Tehran sanksiya siyahısına düşən Çin bankı ilə iş birliyinə girib
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
İranın pis günləri bitdi, daha betəri başlayır
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
Ağ Ev: “İranın 10 maddəlik planı qəbul edilməyib”
Öncədən gözlədiyimiz kimi, Putin ABŞ-ın 30 günlük atəşkəs çağırışına sözdə etiraz etməsə də, faktiki olaraq “yox” dedi. Putin özünün Trampla dialoqu davam etdirə, Rusiyanın yeni və daha sərt sanksiyalardan yayına bilməsi üçün açıqlamasını pozitiv bir fikirlə başlayıb: “Biz hərbi əməliyyatların dayandırılması təklifi ilə razıyıq”. Lakin cümləsini tamamlamadan “ancaq”la başlayan xeyli şərtlər irəli sürərək atəşkəs çağırışına faktiki “yox” deyib. Putin fikrini belə davam etdirib: “...Ancaq biz ondan çıxış edirik ki, bu, uzunmüddətli sülhə gətirib çıxarmalı və böhranın əsas səbəblərini aradan qaldırmalıdır. Məsələ burasındadır ki, müzakirə edilməli çoxlu məsələlər var və biz onları heç bir halda gözardı edə bilmərik”.
Beləliklə, Putin “uzunmüddətli sülh” deyə-deyə adicə atəşkəsdən belə yayınıb.
ABŞ prezidenti təbii ki, bu açıqlamadan razı qala bilməz. Tramp Putinin mövqeyini ümidverici, lakin yarımçıq adlandırıb. Ümidini bildirib ki, Rusiya düzgün addım atacaq. Tramp Putinlə şəxsən görüşüb, danışmağa da hazır olduğunu bildirib.
Beləliklə, Putin ilk manevrini edib, Trampla dialoq qapısını qapatmadan ordusunun işğalı davam etdirə bilməsi üçün müəyyən qədər əlavə vaxt qazandı. Ancaq bu yolla çox uzağa getmək mümkün olmayacaq. Uzağı əlavə 2-3 raundluq görüşdən sonra ABŞ ondan aydın mövqe tələb edəcək. Rusiya nəhayət, seçim etməli olacaq. Ya onun üçün ağrılı da olsa da, zərərin yarısından qayıdıb, atəşkəsə razılaşmalı olacaq, ya da savaşı davam etdirməyi seçməklə təkcə Avropa ölkələrini deyil, ABŞ-ı da Ukraynaya köməyi artırmağa sövq edəcək.
Qarşıdakı bir neçə ayda Ukrayna ordusunun daha da effektiv dirənişi, Avropanın vaxt itirmədən səfərbər olması, xüsusilə də Ukrayna ordusunun qısa müddətli (təcili) silah, sursat tələbatını sürətlə təmin edə bilməsi çox önəmli olacaq.