
“Meymun çiçəyində”də qorxulu artım
Virus Sierra Leonedə epidemiyaya səbəb olub
Virus Sierra Leonedə epidemiyaya səbəb olub
Afrika Fransanın əlindən xilas olsa, ...
“Milyard dollarlıq investisiyalar Qərb ölkələrindən gələcək”
Azərbaycana gələn 116 ölkənin QHT-ləri dünya əhalisinin 80 faizini təmsil edir
Keniyada məhkəmə qarşısına çıxan 2 nəfər belçikalı 7700 dollar cərimələnib
100-dən çox mina taparaq dünya rekordu qırır
Trampın ən yüksək rüsumları Afrikanın Lesoto Krallığını vurdu
Bir nəfərin danışdığı dil?
Yoluxmaların sayı artır
Ukrayna ilə mədən sazişini dayandıran ABŞ Afrika ölkəsinə üz tutur
Yəmən və Cibuti sahillərində 4 qayıq batıb
Azərbaycan-Türkiyə əməkdaşlığı qitədə bir fürsət ola bilər
Əlcəzair Fransa nazirinin mübahisəli Qərbi Sahara səfərinə etiraz edib
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
26 ildən sonra ilk dəfə ...
Əlcəzairdə prezident seçkilərinin qalibi 84,30 faiz səs toplayıb
Afrikanın siyasi cəhətdən ən qeyri-sabit ölkələrindən biri, dünyanın ən qiymətli faydalı qazıntı yataqlarına malik olmasına baxmayaraq, dünyanın ən kasıb ölkəsidir.
Mərkəzi Afrikada yerləşən Konqo Demokratik Respublikasında (KDR) dünyanın ən qiymətli mineralları, o cümlədən akkumulyatorlarda istifadə olunan kobalt, elektron cihazlar üçün lazım olan koltan, almaz və qızıl var. Ancaq bu zənginliyə baxmayaraq, Konqo iqtisadi göstəricilər araşdırıldığında dünyanın ən kasıb ölkələri sırasındadır.
Konqoda adambaşına düşən ÜDM 627,50 dollardır. Bu o deməkdir ki, ölkədə orta hesabla bir vətəndaş gündə cəmi 1,72 dollar qazanır. “YouTube” kanalı “Economics Explained”ə görə, Konqo öz resurslarını səmərəli şəkildə çıxara bilsəydi, ölkə təxminən 24 trilyon dollar gəlir əldə edə bilərdi.
Əgər bu pullar Konqo iqtisadiyyatında dövriyyədə olsaydı, ölkə dünyanın ən zənginlərindən biri olardı. Amma bir çox amillər camaatın bu sərvətdən faydalanmasına mane olur.
1960-cı ildə Belçikadan müstəqillik qazanan Konqo müstəmləkəçilik dövründə ağır istismara məruz qalıb. Müstəqillikdən sonra iqtisadiyyat çökən ölkə ABŞ və SSRİ arasında döyüş meydanına çevrilən “Konqo böhranı” adlı xaotik dövrə sürüklənib.
Siyasi qeyri-sabitlik və böhranlar ölkəyə real qlobal sərmayələrin cəlb edilməsinə mane olub. Vəziyyət keçmiş prezident Mobutu Sese Sekonun hakimiyyəti altında uzun illər davam edən diktator idarəçiliyi ilə daha da pisləşib. Diktaturalarla idarə olunan ölkələrdə təbii sərvət sövdələşmələrindən əldə edilən gəlirlər ancaq hökmdarlara xeyir verib, xalq isə bu sərvətdən yararlana bilməyib.