

Fransanın ifrat sağçı Milli Mitinq (RN) partiyasının lideri Marin Le Pen Avropa Parlamentinin vəsaitlərini sui-istifadə etməkdə təqsirli bilinib. Paris Cinayət Məhkəməsi Marin Le Pen və səkkiz Avropa deputatını dövlət vəsaitindən sui-istifadə etməkdə təqsirli bilib. 2,9 milyon avroluq dövlətə dəymiş ziyan müəyyən edilərkən, 5 il müddətinə siyasəti fəaliyyətinə qadağa qoymaqla Le Penin 2027-ci ildə keçiriləcək prezident seçkilərinə yolunu bağlamış oldular.
Məhkəmə həmçinin Le Penlə birlikdə mühakimə olunan 12 deputat köməkçisini cinayətə “şərik olmaq” və “yardım etmək”də təqsirli bilib. Ümumi zərər 2,9 milyon avro hesablanıb.
Cəza nə deməkdir?
Marin Le Pen bu qərardan sonra beş il müddətinə siyasətdən uzaqlaşdırılma riski ilə üzləşib. Bu, onun 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcəyi anlamına gələ bilər. Bununla belə, hökmün yekunlaşması üçün apellyasiya prosesi gözlənilir. Le Penin vəkilləri qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.
***
Məhkəmə Avropa Parlamentindən maaş alan insanların əslində yalnız RN partiyası üçün işlədiyini, bunun isə dövlət resurslarından sistemli şəkildə sui-istifadə olduğunu bildirib. Le Penin köməkçiləri kimi təqdim edilənlər əslində partiyada işləyirdilər.
Mühakimə olunanlar arasında – RN vitse-prezidenti Louis Aliot, Keçmiş Avropa Parlamentinin üzvləri Bruno Qollniş, Jan-Fransua, Calx Yann Le Pen (Marin Le Penin kimi qardaşı) kimi tanınmış adlar var.
Müxalifətdən reaksiya
Fransada seçicilərin əksəriyyəti Le Penin digər siyasətçilər kimi məhkəmədə mühakimə olunduğuna inansa da, RN seçicilərinin 90 faizi onun siyasi səbəblərdən daha sərt mühakimə olunduğuna inanır.
Marin Le Penlə bağlı qərarın Fransa siyasətinə dərin təsiri ola bilər. Siyasi qadağa qərarı qəti olarsa, 2027-ci il seçkilərinə Jordan Bardella kimi yeni sima ilə getmək gündəmdə olacaq.