Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:03 | 16 aprel 2014 | Çərşənbə
Məqaləyə 1824 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Ukraynanın cənub-şərq vilayətlərində gərginlik səngimək bilmir. Ölkənin federallaşmasını tələb edən rusiyayönümlü qüvvələr barrikadalardan çəkilməyəcəyini bəyan ediblər. Donetsk vilayətinə hərbi texnikanın yerdildiyi xəbər verilir. Bir neçə gün əvvəl rəsmi Kiyev federallaşma tələb edən qüvvələr tərəfindən zəbt edilən hökumət binalarının boşaldılmayacağı təqdirdə «antiterror əməliyyatlarına» start veriləcəyini bəyan etmişdi.
Bəzi mənbələr Slavyansk şəhərində 20-ə yaxın zirehli transportyorun hərəkət etdiyi haqda məlumat yayıb. Donetsk vilayətinin digər şəhəri Kramatorskda da Ukrayna ordusunun hərbçiləri və ağır texnikasının toplandığı bildirilir.
Etirazçı Anatoli Leqkostup: «Bizdə Slavyanska Ukrayna qoşunlarının girməsi barədə məlumat hələ ki, yoxdur. Amma bir və ya iki zirehli transportyorun şəhərə girməyə cəhd etdiyini deyə bilərəm».
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkellə telefon danışıqları zamanı Kiyev hökumətinin «etirazçılara qarşı güc tətbiq olunmasının qəbuledilməz» olduğunu bildirib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
Rusiyalı nazir şərqi Ukraynada böhranın dinc yolla həll edilməli olduğunun vacibliyini vurğulayaraq rəsmi Kiyevi güc tətbiq etməməyə çağırıb: «Biz çalışacağıq ki, bu vəziyyət dinc yolla həllini tapsın. Əlimizdən gələni edəcəyik ki, rəsmi Kiyev Ukraynanın cənub-şərqində yaşayan insanların fikirlərini də nəzərə alsın. Ukrayna milli təhlükəsizlik, müdafiə və hüquq-mühafizə orqanlarından istifadə etməklə böhranı daha da dərinləşdirmək əvəzinə, danışıqlara start verilməlidir».
Ukraynanın federallaşmasını tələb edən insanlar qısa müddət ərzində Ukraynanın dövlət statusu ilı bağlı referendumun keçirilməsinə və Rusiya ilə daha sıx əlaqələrin bərpa olunmasına çağırışlar edir.
***
Ukrayna müdafiə nazirliyi Kramaotrskda separatçıların rus hərbçilərinin yardımı ilə orduya məxsus 6 PDM-in ələ keçirilməsi iddiasını təkzib edib.
Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirliyin məlumatında bildirir ki, bu informasiyalar həqiqəti əks etdirmir və yalandır.
Məlumatda qeyd olunur ki, foto və videolarda nümayiş etdirilən PDM-lərin tanınma nişanları silinməsi bir daha göstərir ki, bunlar başqa bir yerdə lentə alınıb və ictimaiyyəti aldatmaq məqsədi güdür.