Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:10 | 3 aprel 2025 | Cümə axşamı
Məqaləyə 197 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
ABŞ prezidenti Donald Trampın iki aylıq səylərinə baxmayaraq, Ukrayna sülh prosesində heç bir irəliləyiş əldə olunmadığı üçün Vaşinqton Moskvaya sanksiya kartını göstərməyə başlayıb. ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlanıb.
Ağ Evin sözçüsü Karolin Livitt ötən gün keçirdiyi mətbuat konfransında hər iki tərəfi günahlandıraraq, “Prezident Tramp həm Rusiya lideri Putinə, həm də Ukrayna lideri Zelenskiyə qəzəblidir. Atəşkəslə razılaşmayan tərəf üçün pis irəliləyişlər ola bilər”, – deyib. Rusiya Trampın dəstəyini itirməkdən narahat olsa da, Kremlin sözçüsü Dmitri Peskov, “Biz müharibəni masa arxasında bitirmək istəyirik. Bununla belə, Kiyev rejimi enerji infrastrukturumuza hücumu davam etdirir və 30 günlük atəşkəsə əməl etmir”, – deyib.
***
Rusiya Putinin xarici işgüzar dairələrlə əlaqə saxlamasını təmin edən Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyevi də Vaşinqtona göndərir. Dmitriyev Trampın Yaxın Şərq üzrə elçisi Stiv Vitkoffla görüşərək onu inandırmağa çalışacaq ki, “ABŞ-ın həyati maraqları Ukraynanı dəstəkləməkdənsə, Rusiya ilə geniş iqtisadi əməkdaşlıqdadır”.
***
Ukrayna danışıqları davam edərkən, respublikaçı senator Lindsi Qraham və demokrat senator Riçard Blumental Rusiya nefti və təbii qazına dair yeni sanksiya qanun layihəsi hazırladıqlarını açıqlayıblar. Qanun layihəsi qəbul olunarsa, Rusiyadan neft və təbii qaz alan ölkələrə 500 faiz əlavə vergi tətbiq olunacaq. Tramp administrasiyasının təzyiqləri artırmaqla Moskvanı razı salmağa çalışdığı düşünülür.