Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
07:32 | 4 aprel 2025 | Cümə
Məqaləyə 210 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Avropada yeni enerji qərarı qüvvəyə minir
Fransa prezidenti Makron Trampın AB üçün gömrük rüsumları ilə bağlı açıqlamasında “Amerikalılar yoxsullaşacaq” deyib. Fransanın xarici işlər naziri Barrot da AB-nin ABŞ-ın tarif qərarına cavab verəcəyini bildirib.
Fransa prezidenti Emmanuel Makron deyib: “Amerikalılar dünənkindən daha kasıb olacaqlar”.
Fransa prezidenti Emmanuel Makron dünən ABŞ prezidenti Donald Trampın Avaropa Birliyi üçün elan etdiyi gömrük rüsumlarından sonra Fransa sənaye nümayəndələri ilə görüşüb. Makron Trampın tariflərini “qəddar və əsassız” və bu addımı “beynəlxalq ticarət üçün şok” adlandırıb.
Vergilərin Avropa iqtisadiyyatına “kütləvi təsir” göstərəcəyini ifadə edən Makron, “Bir şey dəqiqdir ki, dünən axşam alınan bu qərarla ABŞ iqtisadiyyatı və amerikalılar daha da kasıblaşacaq” dedi.
Avropanın sözügedən vergilərə “sektorlar üzrə” cavab verməsi lazım olduğunu vurğulayan Makron, ABŞ-ın bu “qarşılıqlı gömrük rüsumlarına” cavabının ABŞ-ın əvvəlki polad və alüminium tariflərinə qarşı cavab tədbirlərindən çox daha “kütləvi” olacağını bildirib.
“Bu addımlar Avropanın Birliyini və iqtisadi dayanıqlığını sınayır. Amma biz buna hazırıq. Sektor əsasında təşkilatlanaraq hüquqlarımızı qoruyacağıq”, – Makron bildirib.
Fransanın xarici işlər naziri Jan-Noel Barrot da Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirlərinin iki günlük toplantısı ilə əlaqədar mətbuata açıqlamalar verib.
Bütün NATO üzvlərinin həmrəylik nümayiş etdirməsini istəyən Barrot, bu həmrəyliyin dünən ABŞ prezidenti Donald Trampın qarşılıqlı tariflərlə bağlı verdiyi qərarla sınaqdan keçirildiyini bildirib.
“Qarşılıqlı tariflər Amerika iqtisadiyyatı və bütün NATO üzvlərinin iqtisadiyyatı üçün mənfi nəticələrə səbəb olacaq. Eyni şey Avropa iqtisadiyyatına da aiddir”. Barrot qeyd edib ki, prezident Emmanuel Makron bu gün müvafiq sektorların nümayəndələri ilə görüşəcək və bu qərarın nəticələrini müzakirə edəcək.
“Avropa İttifaqı qarşılıq verəcək”, – deyən Barrot, AB-nin gələn həftədən etibarən ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi tariflərə cavab verəcəyini bildirdi.
ABŞ-ın dünən verdiyi qərarla bağlı AB ilə yeni tədbirlərin müzakirə ediləcəyini bildirən Barrot, “Avropada avropalıları, onların maraqlarını və rifahını qorumaq üçün bütün vasitələr var”, – deyib.
Fransanın baş naziri Fransua Bayrou yerli mətbuata açıqlamasında Trampın yeni qərarının iqtisadi dünya üçün “fəlakət” olduğunu bildirib.
Bayrou, qərarın Avropa üçün böyük bir “çətinlik” olduğunu söyləyib: “Düşünürəm ki, bu, ABŞ və vətəndaşları üçün də bir fəlakətdir”.
ABŞ-ın bu addımı ilə müttəfiqlərindən üz döndərdiyini iddia edən Bayrou, dünyanın çətin bir dövrdən keçdiyini vurğulayıb.