
Tramp “B planı” hazırlayır
Məhkəmə yenidən qlobal bazarlara təsir edir
Məhkəmə yenidən qlobal bazarlara təsir edir
“Tariflərdən daha çox borc səviyyəsinin yüksəlməsindən qorxurlar”
ABŞ Maliyyə naziri: “ABŞ-Çin ticarət danışıqları bir az dalana dirənib”
ABŞ Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı xəbərdarlıq edib
ABŞ apellyasiya məhkəməsi Trampın tariflərinin qüvvədə qalmasına icazə verdi
Ağ Ev federal məhkəmənin tarif qərarına reaksiya verib
Bu il istifadəyə verilməsi planlaşdırılır
“Siyasəti elmdən üstün tutmaq ölkəmizi yalnız geri qaytaracaq”
“Toyota” ABŞ-ın elektrikli avtomobil bazarını böyütməyi hədəfləyir
Bəs senatoru Bakıya gətirən səbəblər hansılardır?
Tramp: “Harvard özünü qaydaya salmalıdır”
Tramp təyyarə mühərrik hissələrinin ixracını dayandırıb
Ağ Evdən Harvardın maliyyəsinin kəsilməsinə izah
ABŞ aldıq dedi, amma təyyarə yoxdur
Çin kosmosa “Tienvin-2” asteroid zondu göndərdi
İlon Mask Trampın məsləhətçi vəzifəsini tərk etdiyini açıqlayıb
Rəsmi Pekin Trampın Çin mallarına 104 faiz rüsum tətbiq etmək qərarına senzura qoymağa başlayıb. Çinli istifadəçilərin sosial mediada “104 faiz” deməsi qeyri-mümkün edilib. Bu tarifi sosial mediada yerləşdirmək qadağan olunsa da, ABŞ-ı ələ salan yazılar təşviq edilir. Hakimiyyət tənqidi və birbaşa reaksiyanı boğur.
Çinin senzura orqanları çərşənbə günü qüvvəyə minən ABŞ-ın yeni tarifləri ilə bağlı ictimai müzakirələri yatırtmaq üçün fövqəladə senzura tətbiq etməyə başlayıb. Hətta Trampın tariflərinin böyüklüyü haqqında yazmaq da senzura tuş gəlib.
“Weibo” kimi administrasiyaya bağlı sosial media platformalarında ABŞ-ı tənqid edən yazılar vurğulanıb. Bununla belə, Trampın yeni tariflərlə Çin mallarına tətbiq edilən vergini 104 faizə qaldıracağına dair məlumatlar senzuraya məruz qalıb.
“Weibo”da bir yazıda “104 faiz vergi dərəcəsi” və ya “ABŞ Çin mallarına 104 faiz vergi tətbiq edəcək” kimi ifadələr işlədildikdə xəta mesajı görünür və yazı dərc edilə bilməz pəncərəsi açılır. Çin hökuməti Trampın vergilərindən bəhs etməyi belə qadağan edir.
***
Bunun əksinə olaraq, Amerikaya lağ edən və ya Çinin gücünü vurğulayan “hashtag”lar açılıb. Dövlət televiziyası CCTV tərəfindən işə salınan “ABŞ ticarət müharibəsi aparır, lakin yumurta üçün yalvarır” ifadəsi geniş şəkildə paylaşılıb.
“Çin problem yaratmır, lakin heç vaxt qorxmur” şüarı da eyni sosial media platformasında dəstək alıb. Çin Kommunist Partiyasının rəsmi nəşri olan “People's Daily” qəzetində dərc olunan köşə yazıları da oxşar tonda olub.
Məqalələrdə Çinin uzun müddət davam edən ticarət gərginliyindən dərs aldığı və iqtisadiyyatını şaxələndirdiyi iddia edilir.
Bəzi məqalələr birbaşa tariflərə toxunmayıb, lakin Çin iqtisadiyyatının dayanıqlığını vurğulanıb. “People's Daily” qəzetinin birinci səhifəsində yer alan xəbər məqaləsində yeni məzunlar üçün işlə təmin olunma planları izah edilib.
***
Tanınmış “Weibo” platformasının istifadəçiləri kampaniyada yaxından iştirak etdilər. Bəziləri ticarət müharibəsinin Amerikanın zəifləyən gücünün sübutu olduğunu iddia etdilər.
10 milyondan çox izləyicisi olan Pekin hüquqşünası Pang Jiulin, “Nə qədər vaxt aparsa da, biz buradayıq. Çin sistemi qalib gəlmək üçün əlindən gələni edə bilər. Bunun əvəzini ödəyənlər ABŞ-dakı kimi küçələrə çıxmayacaq”, – deyib.
Bəzi istifadəçilər mümkün iqtisadi təsirlərdən narahat olduqlarını bildirdilər, lakin bu cür bəyanatlar “Weibo” alqoritmi ilə arxa plana keçib.
104 rəqəmini aşan bəzi fərdi yazılar göründü, lakin bu məzmunlar ümumiyyətlə nikbin mesajlar daşıyırdı.
Sinqapur Milli Universitetinin politologiya professoru Ja Ian Çong, hökumətin daha yüksək vergi dərəcəsinin iqtisadiyyata mümkün təsirini ictimaiyyətdən gizlətmək istədiyini söylədi.
“Kommunist Partiyası hazırda bu cür çağırışlarla necə məşğul olacağını bilmir. Ona görə də onlar hekayəni idarə etməyə və reaksiyanı Amerikaya yönəltməyə çalışırlar”, – Çonq deyib.