vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 22 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
Bin Ladeni öldürən əsgər danışdı 17:22 | 21 may 2025 | Çərşənbə Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bin Ladeni öldürən əsgər danışdı

“Biz sadə insanlarıq, ot biçirik, işimizi görürük, çağıranda əməliyyata gedirik”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

“Əl-Qaidə” lideri Üsamə bin Ladeni Pakistanda keçirdiyi əməliyyatda öldürdüyü iddia edilən ABŞ xüsusi təyinatlılarının keçmiş üzvü Robert Onil bu missiya üçün nə qədər pul qazandığını açıqlayıb.

Onill illərdir “Əl-Qaidə” liderinin ölümünə görə məsuliyyət daşıdığını iddia edib və bu prosesdəki təcrübələrini ictimaiyyətlə açıq şəkildə bölüşüb. Hətta bu yaxınlarda “Netflix”də yayımlanan “US Manhunt” sənədli filmində də rol alıb.

Onillin iddiasını eyni əməliyyatda iştirak edən başqa bir xüsusi əməliyyat əsgəri Matt Bissonnett də səsləndirib. Bununla belə, Onil ictimai rəydə daha çox seçilirdi.

***

2011-ci ilin may ayında əməliyyatdan sonra çoxlu müsahibələr verən Onil bu vəzifədən nə qədər qazandığını ilk dəfə “Ticarət sirləri” adlı podcast proqramında açıqladı.

Verilişin aparıcısı Ceyson Tartik “Əməliyyata gedəndə cibinizdə nə qədər pul var idi” sualına Onil, “Mən maaşımla dolanırdım. İki həftədən bir təxminən 2500 dollar alırdım”, – cavabını verib

Özü kimi digər əsgərlərin də “adi insanlar” olduğunu vurğulayan Onil kapitan Riçard Fillipsin Somali quldurlarından xilas edilməsi əməliyyatında iştirak etdiyini də deyib.

***

“Qızımın məktəbində Pasxa çayı süfrəsinə getmişdim. Elə bu zaman mənə zəng gəldi: Somali quldurları kapitan Fillipsi qaçırıblar. Komandamı hərəkətə keçirməyə çağırdılar”, – deyən Onill zəngdən cəmi 15 saat 46 dəqiqə sonra Hind okeanında toplanışda iştirak etdiyini və əməliyyatı həyata keçirdiklərini söylədi.

Onil, “Kapitan Phillipsi xilas etdik, amma yenə də qazancımız az idi. Bu uşaqlar öz otlarını biçirlər, ipotekanı ödəyə bilmirlər, lakin zəng gələndə əməliyyata gedirlər”.

***

Onil “Netflix” sənədli filmində 11 sentyabr hücumlarından sonra başladılan qlobal nəzarəti və “Neptun Nizəsi” əməliyyatının bir hissəsi kimi Pakistanda bin Ladenin sığınacağının aşkar edilməsini və terrorçu liderin öldürülməsini izah edib.

Pakistanın Abbottabad şəhərindəki villada Üsamə bin Laden sinəsindən və başından güllə ilə vurulub və cəsədi ABŞ hərbçiləri tərəfindən dənizdə batırılıb.

Həm Onil və Bissonnett ölümcül atəş açdıqlarını iddia etsə də, ABŞ hökuməti terrorçunu kimin öldürdüyünü rəsmən təsdiqləməyib. Bu münasibət həm də xüsusi təyinatlıların “məxfiliyə sadiqlik” prinsipi ilə üst-üstə düşür.