vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 28 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
Kral III Çarlz Kanadaya “dəstək səfərində” 22:04 | 26 may 2025 | Bazar ertəsi Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kral III Çarlz Kanadaya “dəstək səfərində”

1977-ci ildən bəri ilk dəfə taxt nitqi veriləcək

CAVİD

Kral III. Çarlz bu gün Kraliça Kamillanı da götürərək Kanadaya yola düşür. Kanadanın yeni baş naziri Mark Karni tərəfindən dəvət edilən Britaniya monarxı sabah Ottavada parlamenti açacaq.

Kanada Parlamentində Taxt Nitqini oxuması üçün Kral III Çarlzın Ottava rəhbərliyinin məsləhəti ilə hazırlanan mətndə Kanadanın suverenliyinə vurğu etməsi gözlənilir.

Kanadada taxt nitqi ilə çıxış edən sonuncu Britaniya monarxı 1977-ci ildə Kraliça Yelizaveta olub. Kraliça daha əvvəl bu rolu 1957-ci ildə öz üzərinə götürmüşdü.

Dünya mətbuatı xərçəng xəstəliyindən müalicə olunan 76 yaşlı kralın səfərinin böyük simvolik əhəmiyyət daşıdığını yazıb.

ABŞ prezidenti Donald Trampın dəfələrlə “Kanadanı Amerikanın 51-ci dövləti” edəcəyinə söz verdiyi beynəlxalq siyasi mühitdə Kral III Çarlzın bu ölkəyə gedərək Ottava administrasiyasına dəstəyini göstərəcəyi vurğulanır.

Ottavanın Londondakı diplomatik nümayəndəsi Ralf Qudale keçən həftə kral III Çarlzla görüşdüyünü bildirib. Çarlzın “Canada House”a səfəri zamanı, “Baş nazir Kanadanın indi və ya heç vaxt satılmadığını açıqladı. Kral, dövlət başçısı olaraq, bu mesajın təsirini gücləndirəcək”, – deyib.

Son aylarda Kral III Çarlz Kanadaya dəstəyini incə üsullarla göstərdi: o, Kanada medallarını taxdı, özünü Kanada Kralı adlandırdı və Kanada bayrağını təriflədi.

Kral III Çarlz 2022-ci ilin sentyabrında taclandıqdan sonra ilk dəfə Kanadaya səfər edəcək. Keçən il getməli olsa da, Kralın xərçəng diaqnozu səbəbindən səfər ləğv edildi.

BBC xəbər verir ki, kral iki günlük səfəri çərçivəsində Kanadanın Baş Qubernatoru təyin edilən ilk yerli əsilli Meri Saymonla da görüşəcək.