Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
08:46 | 2 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 203 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Çin Vaşinqtonun Cenevrə ticarət razılaşmasını pozduğuna dair iddialarını rədd edərək, müqavilənin şərtlərini pozan tərəfin ABŞ olduğunu iddia edib. Bu, dünyanın iki böyük iqtisadiyyatı arasında danışıqların pisləşdiyini göstərir.
Vaşinqton və Pekin arasında ticarət gərginliyi ABŞ-ın maliyyə naziri Skott Bessent ilə çinli həmkarı He Lifeng arasında İsveçrənin Cenevrə şəhərində keçirilən görüşündən sonra fasilədən sonra yenidən alovlanıb. Görüşdən sonra tərəflər bir-birlərinin mallarına tətbiq etdikləri tariflərin əksəriyyətini 90 gün müddətinə dayandırmışdılar.
Tramp administrasiyası yarımkeçiricilərin və kimyəvi maddələrin Çinə ixracına məhdudiyyətləri artırıb və çinli tələbələr üçün vizaları ləğv edəcəyini açıqlayıb. Bu addımlar Pekinin tənqidinə səbəb olub.
Çin Ticarət Nazirliyinin sözçüsü bildirib ki, bu tədbirlər “Cenevrədə əldə olunmuş razılaşmanı ciddi şəkildə pozur”. Bu arada, Çin Vaşinqtonun gözləntilərinin əksinə olaraq nadir torpaq ixracı üzərində sərt nəzarəti davam etdirir.
“ABŞ hökuməti birtərəfli qaydada yeni iqtisadi və ticarət gərginliyi yaratmağa, ikitərəfli iqtisadi və ticarət münasibətlərində qeyri-müəyyənliyi və qeyri-sabitliyi artırmağa davam edir”, – Çin sözçüsü bildirib.
***
Ötən cümə günü ABŞ prezidenti Donald Tramp Çini ABŞ ilə ilkin razılaşmanı pozmaqda ittiham edib. Sosial şəbəkələrdəki paylaşımında Tramp, “Çin, bəziləri üçün təəccüblü olmayacaq şəkildə bizim ilə bağladığı müqaviləni tamamilə pozudu. O “nəzakətli adam” yamsılamasına nə oldu?”, – deyib.
Çin sözçüsü bu ittihamların “faktlarla ciddi şəkildə ziddiyyət təşkil etdiyini” bildirib və əlavə edib ki, Pekin sazişləri “vaxtında yerinə yetirir və fəal şəkildə qoruyur”. Sözçü, Trampın “qarşılıqlı” tariflərinə cavab olaraq aprel ayında elan edilən bəzi tarif və qeyri-tarif tədbirlərinin ləğvi və dayandırılmasına istinad edib.
Bessent keçən həftə “Fox News”a verdiyi müsahibədə ikitərəfli ticarət danışıqlarının “bir az ləngidiyini” və iki ölkə liderlərinin birbaşa danışmağa ehtiyac duya biləcəyini söyləmişdi. Dünən Milli İqtisadi Şuranın direktoru Kevin Hassett Tramp və Çin prezidenti Si Cinpin ilə bu həftə ticarəti müzakirə edə biləcəklərini bildirib.