Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:56 | 4 iyun 2025 | Çərşənbə
Məqaləyə 211 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Avropada yeni enerji qərarı qüvvəyə minir
ABŞ Ticarət Nümayəndəsinin (USTR) verdiyi açıqlamaya görə, Ceymison Qrir İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Nazirlər Şurası çərçivəsində ABŞ və Avropa Birliyi (AB) arasında davam edən ticarət danışıqlarını müzakirə etmək üçün AB Ticarət Komissarı Maros Şefçoviç ilə görüşüb.
ABŞ-ın Ticarət Nümayəndəsi Qrir AB ilə ticarət danışıqlarının sürətli gedişindən məmnunluğunu ifadə edərək, bugünkü görüşün “çox konstruktiv” olduğunu bildirib.
Bəyanatda fikirləri yer alan Qrir, AB-nin keçən həftə ABŞ-a qarşılıqlı ticarətlə bağlı danışıqlar üçün “etibarlı başlanğıc nöqtəsi” təqdim etdiyini və danışıqların sürətlə irəliləməsindən məmnun olduğunu qeyd edib.
“Vaşinqtonda komandalarımızın texniki müzakirələri ilə eyni vaxtda baş tutan Parisdəki bugünkü görüş çox konstruktiv keçdi və AB-nin qarşılıqlı ticarətə nail olmaq üçün konkret yol tapmaq məqsədilə bizimlə işləməyə hazır olduğunu göstərir”, – Qrir bildirib.
ABŞ Ticarət Nümayəndəsi Qrir əlavə edib ki, o, qarşıdakı günlərdə və həftələrdə konstruktiv təmasların davam etdirilməsini səbirsizliklə gözləyir.
ABŞ prezidenti Donald Tramp mayın 23-də AB ilə ticarət danışıqlarının heç bir yerə getmədiyini və iyunun 1-dən etibarən AB-yə birbaşa 50 faizlik tarif təklif etdiyini açıqlamışdı.
Bu açıqlamalardan sonra AB Komissiyasının sədri Ursula von der Leyen Trampla telefon danışığı aparıb. Telefon danışığından sonra ABŞ tərəfi iyunun 1-dən etibarən AB-yə birbaşa olaraq 50 faizlik tarif tətbiqi qərarının iyulun 9-na qədər təxirə salındığını açıqlayıb.