Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:49 | 20 iyun 2025 | Cümə
Məqaləyə 316 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
İsrailin İrana hücumları ilə başlayan qarşıdurmalar davam edərkən, ABŞ-ın İrana hücum edib-etməyəcəyi müzakirələrə səbəb olub. Ötən gün Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Donald Trampın iki həftə ərzində İrana hücum edib-etməyəcəyinə qərar verəcəyi açıqlansa da, ABŞ-dan əlamətdar bir hərəkət gəldi.
ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada İranın müdafiə sənayesi üçün həssas texnika təmin edən təşkilatların hədəf alındığı bildirilib.
Açıqlamada 1 nəfər və 8 şirkətin İranın müdafiə sənayesi üçün həssas texnikaların tədarükü və daşınmasını təmin etdikləri səbəbi ilə sanksiya siyahısına əlavə edildiyi qeyd edilib.
Açıqlamada, həmçinin Honq-Konqda yerləşən “Unico Shipping” şirkətinə aid gəmiyə qarşı sanksiyaların tətbiq edildiyi və sözügedən sanksiyaların İranın raket və digər silah potensialını inkişaf etdirməsinin qarşısını almaq, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun vəkil ünsürlərinin resurslara çıxışını kəsmək məqsədi daşıdığı bildirilib.
Bəyanatda fikirlərinə yer verilən ABŞ Maliyyə naziri Skott Bessent, "ABŞ İranın rejimin ballistik raket, pilotsuz uçuş aparatı və asimmetrik silah proqramlarının əsasını təşkil edən həssas, ikili məqsədli texnologiya, komponentlər və mexanizmlərin tədarükü ilə bağlı bütün səylərinin qarşısını almaqda qərarlıdır”, – deyib.
Bu planları dəstəkləyənlərin məsuliyyətə cəlb ediləcəyini vurğulayan Bessent, İranın regional sabitliyi və qlobal təhlükəsizliyi təhdid edən bu ölümcül silahları istehsal və yayma imkanlarını azaltmağa davam edəcəklərini qeyd edib.
***
İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, o cümlədən ordunun ali komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb. Hücumlarda Baş Qərargah rəisi, SEPAH-ın Baş Komandanı və bir neçə yüksək səviyyəli komandir, həmçinin 9 nüvə alimi həlak olub.