Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:50 | 8 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 235 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə şam yeməyində görüşüblər. Tramp və Netanyahu bu il üçüncü görüşünü Ağ Evdə keçiriblər.
Şam yeməyində jurnalistlərin suallarını cavablandıran Tramp Qəzzada atəşkəs səyləri ilə bağlı “Qəzzada sülh yolundayıq. Çox ümidliyik. “HƏMAS” da atəşkəs istəyir. İsrail-HƏMAS atəşkəs üçün heç bir maneə yoxdur”, – deyib və “işlərin çox yaxşı irəlilədiyini” qeyd edib. Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, “Qəzzada sülh üçün fürsətimiz var”, – deyib.
Netanyahu, “Biz Fələstinlilər üçün daha yaxşı gələcək təklif edəcək ölkələr tapmaq üçün ABŞ ilə işləyirik”, – dedi.
Fələstinlilərin başqa yerə köçürülməsi ilə bağlı sualı cavablandıran Netanyahu, “(Qəzzada) qalmaq istəyirlərsə, qala bilərlər, amma getmək istəyirlərsə, çıxa bilsinlər. Bura həbsxana olmamalıdır. İnsanlara azad seçim hüququ verilməlidir”, – deyib.
İranla böhran və 12 günlük müharibə ilə bağlı Tramp, “İranla danışıqlar planlaşdırmışdıq və onlar görüşmək istəyirlər. Onlara böyük zərbə vuruldu”, – deyib. İrana qarşı növbəti hücum planlarının olub-olmaması ilə bağlı suala Tramp, “Ümid edirəm ki, bunu etmək məcburiyyətində deyilik”, – deyib.
Gərginlikdən sonra İranın danışıqlara can atdığına işarə edən Tramp, “Görüşmək istəyirlər. Nəsə etmək istəyirlər. İki həftə əvvəlkindən çox fərqlidirlər. Görüş gələn həftə baş tuta bilər”, – deyib.
Tramp vaxtı gələndə İrana qarşı sanksiyaları ləğv etmək istədiyini qeyd edərək, “Mən onlara yenidən qurma şansı vermək istəyirəm, çünki İranın sülh yolu ilə özünü bərpa etməsini istəyirəm. Artıq “ABŞ-a ölüm, İsrailə ölüm” demirlər. Əvvəllər Yaxın Şərqin tiranı idi, artıq yox”, – deyib.
Tramp region ölkələrinin və Netanyahunun tələbi ilə Suriyaya qarşı sanksiyaları qaldırdıqlarını və bununla da Dəməşq rəhbərliyinə şans vermək istədiklərini bildirib. Suriya prezidenti Əhməd Şaradan çox təsirləndiyini ifadə edən Tramp, Şaranın çətin keçmişdən və coğrafiyadan gəldiyini bildirib.
Netanyahu isə Suriyada sabitlik, təhlükəsizlik və sülhlə bağlı yeni imkanların olduğunu düşündüyünü bildirib.
Rusiya-Ukrayna müharibəsinə də toxunan prezident Tramp, “Bu müharibə heç başlamamalı idi. Prezident Putindən razı deyiləm. Keçən həftə 7 min insan öldü. Onların çoxu əsgər idi, amma bunlar candır. Bunu dayandıra bilsəm, bu, insanlıq üçün ən böyük missiya olardı”, – deyib.
Bu arada Tramp Ukraynaya silah göndərilməsi ilə bağlı “Daha çox silah göndərəcəyik. Onları göndərməliyik, özlərini müdafiə edə bilməlidirlər. Çox ağır hücuma məruz qalırlar”, – deyib.
Tarif məktublarının yekun olub-olmadığı sualına Tramp məktublarda göstərilən tarifləri müzakirə edə biləcəklərinə işarə edib.
Bunların az-çox son təkliflər olduğunu bildirən Tramp, “Amma fərqli bir təkliflə gəlsələr və bəyənərəmsə, bunu edəcəyik”, – deyib.
1 avqust tariflərinin uzadılması tarixinin müəyyən olub olmadığı sualına Tramp, “Qətiyyət deyərdim, amma 100 faiz dəqiq deyil. Zəng edib, “Biz fərqli bir yol tutmaq istəyirik” desələr, buna açığıq”, – deyib.
Müxtəlif ölkələrə göndərdikləri məktublarda bildirdikləri tarif dərəcələrində bəzi düzəlişlər edə biləcəklərinə diqqət çəkən Tramp, bu tariflərin əslində olması lazım olandan çox aşağı olduğunu bildirib.
Daha çox tarif tələb edə biləcəklərini ifadə edən Tramp, “Bir çox yaxşı ölkə ilə qurduğumuz əlaqələr naminə bunu mənim etdiyim kimi edirik”, – deyib.