İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:57 | 10 iyul 2025 | Cümə axşamı
Məqaləyə 239 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın nüvə proqramında əsas fiqur sayılan nüvə alimi Möhsün Fahrizadəyə 2020-ci ildə edilən sui-qəsdlə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Məlum olub ki, bu hücum İsrailin xarici kəşfiyyat xidməti “MOSSAD” tərəfindən uzaqdan idarə olunan avtomatik silah vasitəsilə həyata keçirilib.
Fəxrizadənin öldürülməsi ilə bağlı məsuliyyəti rəsmi şəkildə heç vaxt üzərinə götürməyən İsrail, buna baxmayaraq, bu yaxınlarda “The Jerusalem Post” qəzetində yayımlanan xəbərdə hadisənin detalları açıqlanıb. Bildirilib ki, Fəxrizadə 27 noyabr 2020-ci ildə avtomobilində oturarkən ilk dəfə atəşə tutulub. Onun sağ qaldığını ehtimal edən “MOSSAD” agentləri, o, maşından çıxmağa çalışarkən atəşi davam etdiriblər. Fəxrizadənin qısa müddət sonra həyatını itirdiyi deyilir.
Yeni yayılan məlumatlar, hadisə ilə bağlı İran rəsmilərinin verdiyi açıqlamaları da təsdiqləyir. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi general Əli Şəmxani, Fəxrizadənin peykə qoşulmuş uzaqdan idarə olunan pulemyotla öldürüldüyünü demişdi.
İsrail kəşfiyyat mənbələri də sonradan bu açıqlamanı dəstəkləyən təfərrüatlar təqdim edib. Belə ki, ABŞ istehsalı olan “M240C” 7.62 mm pulemyot hissələrə ayrılaraq İrana gizli şəkildə daxil edilib və təxminən 20 nəfərlik “MOSSAD” qrupu tərəfindən 8 ay müddətində yığılaraq hazır hala gətirilib.
Silahın Tehranın İmam Xomeyni küçəsində park edilmiş mavi “Zamyad” markalı yük maşınına yerləşdirildiyi, əməliyyat zamanı Fəxrizadənin yanında olan həyat yoldaşına zərər vurmamaq və riskin minimuma endirilməsi üçün uzaqdan idarə olunduğu bildirilir.
Hədəfi təsdiqləmək üçün kamera ilə təchiz olunmuş ikinci bir avtomobildən də istifadə edildiyi deyilir. Lakin bu iddialar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Fəxrizadə Qərb və İsrail kəşfiyyatına görə İranın nüvə proqramında əsas beyin hesab olunurdu. Onun ölümü İran tərəfindən böyük itki kimi qiymətləndirilmiş, “şəhid” elan edilmiş və dövlət səviyyəsində vida mərasimi təşkil olunmuşdu.
İranlı mənbələrə əsasən, “MOSSAD” Fəxrizadəni hədəfə almağı hələ 2009-cu ildə, “MOSSAD”ın o vaxtkı rəhbəri Meir Dağan dövründə planlaşdırmışdı. Lakin əməliyyatın mümkünlüyü ilə bağlı daxili müzakirələr onun həyata keçirilməsini gecikdirdi.
2020-ci ilə gəldikdə isə Fəxrizadənin əməliyyat baxımından rolu müəyyən qədər dəyişmiş olsa da, strateji əhəmiyyəti və fars-molla rejiminin lideri Ayətullah Əli Xameneyi ilə əlaqəsi dəyişməz qalmışdı.
Ekspertlərə görə, Fəxrizadənin öldürülməsi İranın nüvə proqramını aylar, hətta illərlə geri saldı və İsrailin gizli əməliyyat və kəşfiyyat imkanlarını daha da gücləndirdi.