vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
“Çox yavaş” 07:18 | 21 iyul 2025 | Bazar ertəsi Məqaləyə 103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Çox yavaş”

Almaniya kansleri Merz AB-ni tənqid etdi

MURAD

Almaniya kansleri Fridrix Merz bu seçki dövründə ən önəmli prioritetinin Almaniyanı resessiyadan çıxarmaq və Avropa müdafiəsini gücləndirmək olduğunu qeyd etdi.

Ötən həftə baş nazirin ənənəvi yay brifinqində jurnalistlərlə danışan Alman lider, vətəndaşların problemlərini həll etməkdə “çox qaydasevər, çox bürokratik, çox yavaş” olduğunu söylədiyi Avropa Birliyini (AB) sərt şəkildə tənqid etdi.

O, əlavə olaraq miqrasiya probleminin də mütləq həll olunmalı olduğunu vurğuladı.

Merz bildirib ki, Almaniya Polşa ilə sərhəddə nəzarəti həyata keçirir, Polşa isə Litva ilə sərhəddə öz müdafiəsini gücləndirib. O, Rusiya və Belarusu Avropaya miqrant axını təşkil etməkdə günahlandırıb.

Avropalı liderlər Emmanuel Makron, Donald Tusk və Keir Starmer ilə olan yaxın münasibətlərinə diqqət çəkən Merz, ABŞ Prezidenti Donald Trampın ticarət siyasətləri ilə yanaşı, İsrail və Qəzzədəki vəziyyətə həll tapmaq üçün amerikalı tərəfdaşları ilə intensiv şəkildə işlədiklərini bildirib.