Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:22 | 13 avqust 2025 | Çərşənbə
Məqaləyə 345 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Cənubi Çin dənizində ABŞ hərbi əməliyyatı zamanı iki ölkənin donanması üz-üzə gəlib. Çin ordusu, Cənubi Çin dənizinin sıx istifadə olunan su yolunda mübahisəli Skarboro hövzəsi yaxınlığında hərəkət edən ABŞ-ın “USS Higgins” esminesini izlədiyini və bölgədən çıxardığını açıqlayıb.
ABŞ donanması isə əməliyyatın beynəlxalq hüquqa uyğun həyata keçirildiyini bildirib.
Son 6 ildə bu hövzədə həyata keçirilən ilk ABŞ hərbi əməliyyatı, Filippin tərəfinin Çin gəmilərini hövzə ətrafında həyata keçirilən təchizat missiyası zamanı “təhlükəli manevrlər” və “qanunsuz müdaxilə” ilə ittiham etməsindən bir gün sonra baş tutub.
“İcazə olmadan daxil oldu”
Çin Ordusunun Cənub Cəbhəsi Komandanlığı bildirib ki, “USS Higgins” Pekin hökumətinin icazəsi olmadan sulara daxil olub.
“ABŞ-ın bu addımı Çin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozdu, Cənubi Çin dənizindəki sülh və sabitliyi zədələdi”, – deyə komandanlığn bəyanatında qeyd edib və hər zaman yüksək döyüş hazırlığında olacaqlarını vurğulanıb.
Çin, Bruney, İndoneziya, Malayziya, Filippin, Tayvan və Vyetnama baxmayaraq, Cənubi Çin dənizinin tamamilə öz ərazisi olduğunu iddia edir.
ABŞ isə bölgədə mütəmadi olaraq “naviqasiya azadlığı” əməliyyatları keçirərək, Çin və digər iddiaçı tərəflərin tətbiq etdiyi məhdudiyyətlərə qarşı çıxır.
Skarboro hövzəsi illik 3 trilyon dollardan artıq dəniz ticarətinin həyata keçirildiyi strateji Cənubi Çin dənizində əsas gərginlik mənbələrindən biridir.
İki Çin gəmisi toqquşmuşdu
Manila hökuməti bu həftə hövzədə Çin gəmilərinin hərəkətlərinin iki gəminin toqquşmasına səbəb olduğunu və bunun bölgədə məlum olan ilk qəza olduğunu bildirib. Çin sahil mühafizəsi isə Filippin gəmilərini sulardan çıxarmaq üçün “zəruri tədbirlər” gördüyünü açıqlayıb.