Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
07:14 | 15 avqust 2025 | Cümə
Məqaləyə 440 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Tramp: “İstənilən halda buna nail olacağıq”
Kremlin mətbuat katibi Dmitri Peskov, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın Alyaskada keçirəcəyi görüşün nəticəsini əvvəlcədən təxmin etməyin səhv olacağını bildirib: “Görüşün necə davam edəcəyini görəcəyik”, – deyə vurğulayıb.
Peskov təyyarədə jurnalistlərə açıqlamasında, Putinlə Trampın sabah ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində keçirəcəyi görüş barədə danışıb.
O, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun 6 avqustda Rusiyaya səfər etdiyini və Putin tərəfindən qəbul olunduğunu xatırladaraq, həmin görüşün məhsuldar və əhatəli keçdiyini deyib: “Bəzi siqnallar verildi, bəziləri isə alındı. Bu, sammitə zəmin yaratdı”.
Peskovun sözlərinə görə, Putin–Tramp görüşü qısa zamanda təşkil edilsə də, bütün hazırlıqlar tam görülüb. “Amerikalılar əvvəllər Rusiya ilə əlaqələri kəsmişdilər, buna görə normal münasibətlərə qayıtmaq çətindir,” – deyə əlavə edib.
Kremlin sözçüsü görüşdə Ukrayna böhranının həlli məsələsinin müzakirə ediləcəyini qeyd edib: “Bu məsələ çox mürəkkəb və çoxqatlıdır. İki ölkə liderinin problemləri dialoq yolu ilə həll etmək üçün göstərdiyi siyasi iradədən çıxış edirik”.
O, bu problemin Avropa ilə həllinin mümkün olmadığına işarə edərək, Putin və Trampın ən ağır mövzuları müzakirə etməyə hazır olduğunu vurğulayıb.
Peskov, görüşdən sonra iki liderin birgə mətbuat konfransı keçirməsinin gözlənildiyini deyib: “Hər hansı sənədin imzalanması nəzərdə tutulmur, bu istiqamətdə hazırlıq aparılmayıb. Ancaq mətbuat konfransı planlaşdırıldığına görə, Putin əldə olunan razılaşmalar və yaranmış anlayış barədə məlumat verəcək”.
Görüşün nəticəsinə dair suala Peskov belə cavab verib: “Görüşün necə davam edəcəyini görəcəyik. Nəticəni əvvəlcədən proqnozlaşdırmağa çalışmaq böyük səhv olar”.
Kremlin nümayəndəsi, sammitdən sonra Ukraynanın mövqeyinə ehtiyac olacağını da bildirib.
***
Trampın problemlərin həllinə baxışını dəyərləndirən Peskov deyib: “Tramp ən ağır məsələlərin həllinə qeyri-adi yanaşma nümayiş etdirir. Bu, Moskva və Putin tərəfindən yüksək qiymətləndirilir. Putin, Ukrayna böhranının siyasi və diplomatik yollarla həllinin bizim üçün daha məqsədəuyğun olduğunu daim vurğulayır. Tramp da bu məsələdə səmimi şəkildə kömək etmək istəyir. İki prezident, problemlərin dialoq yolu ilə həllində qarşılıqlı siyasi iradə göstərir. Bu, çox müsbətdir. Görüşdən nə çıxacağını görəcəyik”.
Peskov, Putin Alyaskaya səfər edərkən bəzi Rusiya bölgələrinə də baş çəkəcəyini əlavə edib.