vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
ABŞ bankalara xəbərdarlıq etdi 18:50 | 28 avqust 2025 | Cümə axşamı Məqaləyə 12 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ bankalara xəbərdarlıq etdi

Çinli pul yuyulması şəbəkələrinin Meksika narkokartelləri ilə əlaqəsi araşdırılır

XALİDƏ

FinCEN (Financial Crimes Enforcement Network – Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsi) Meksika mənşəli narkotik kartellərinin Çinli pul yuyulması şəbəkələrindən istifadə etdiyini müəyyənləşdirmək üçün tövsiyə xarakterli bir sənəd yayımlayaraq, ABŞ-da bu şəbəkələrin fəaliyyətinə dair maliyyə meyllərini analiz edib.

ABŞ Maliyyə Nazirliyindən mövzu ilə bağlı verilən açıqlamada, ölkədəki Çinli pul yuyulması şəbəkələrinin genişliyinə diqqət çəkilərək, bu şəbəkələrin kartellər tərəfindən qanunsuz gəlirləri yumaq və digər qeyri-qanuni fəaliyyətlərdə iştirak etmək üçün istifadə olunduğu bildirilib.

Açıqlamada, Çinli pul yuyulması şəbəkələrinin müxtəlif üsullar tətbiq etdiyi və maliyyə qurumları daxilindən əməkdaşlar işə götürə biləcəyi qeyd olunub. Həmçinin, bu şəbəkələrin müxtəlif cinayətlərdən əldə olunan qanunsuz gəlirlərlə maliyyələşdirilən daşınmaz əmlak alışlarını asanlaşdırma potensialına malik olduğu vurğulanıb.

Açıqlamada fikirlərinə yer verilən Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə Dövlət Katibi Con Harli (John Hurley) Çin pasportu olan şəxslərlə əlaqəli pul yuyulması şəbəkələrinin kartellərə amerikalıları fentanil ilə zəhərləmək və insan qaçaqmalçılığı həyata keçirmək imkanı verdiyini bildirib.

Harli ABŞ-ın pis niyyətli aktorların maliyyə sistemi vasitəsilə qanunsuz gəlirlərini yumağa göz yummayacağını vurğulayıb və yayımlanan sənədlərin maliyyə qurumlarının qanunsuz fəaliyyətləri daha yaxşı müəyyən etməsinə kömək edəcəyini qeyd edib.

FinCEN direktoru Andrea Qakki (Andrea Gacki) isə qlobal və geniş yayılmış Çinli pul yuyulması şəbəkələrinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.