Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:36 | 9 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 193 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Avropada yeni enerji qərarı qüvvəyə minir
Yeni sorğu Avropa Birliyi (AB) ilə ABŞ arasında imzalanan ticarət sazişinə qarşı geniş etirazları üzə çıxarıb. Avropalıların əksəriyyəti, AB-ABŞ ticarət sazişinin Birlik üçün “aşağılama” olduğunu düşünür və əsas danışıqlar aparan şəxs – Avropa Komissiyasının sədri Ursula von der Leyenin istefa verməsini tələb edir. Bu nəticələr Fransanın tədqiqat şirkəti “Cluster17” tərəfindən yalnız “Le Grand Continent” üçün keçirilən yeni sorğuda açıqlanıb.
Sorğu 30 avqust–4 sentyabr tarixləri arasında AB-nin ən böyük beş üzvü – Almaniya, Fransa, İtaliya, İspaniya və Polşada ümumilikdə 5 min 302 nəfər arasında aparılıb.
Mövcud sazişə əsasən, ABŞ bazarına çıxan AB istehsalı malların çoxu 15%-lik gömrük rüsumuna cəlb edilir. Eyni zamanda, AB bazarına daxil olan ABŞ istehsalı malların böyük hissəsi rüsumdan azaddır.
Uçuş aparatları, strateji xammallar və yarımkeçirici avadanlıqlar “sıfır-sıfır” sistemindən yararlanır. Amma Brüssel, Avropalılar üçün strateji əhəmiyyət kəsb edən şərab və içkilərin siyahıya salınması üçün Vaşinqtonu razı sala bilməyib.
Sorğu nəticələrinə görə, iştirakçıların 52%-i sazişi “aşağılama”, 22%-i “laqeydlik”, 8%-i “rahatlıq”, cəmi 1%-i isə “qürur” kimi qiymətləndirib. “Aşağılanma” hissi ən çox Fransada (65%) və İspaniyada (56%) müşahidə olunub. Polşada isə əksəriyyət (49%) “laqeydlik” mövqeyi bildirib.
Respondentlərin 77%-i sazişin əsasən ABŞ iqtisadiyyatının xeyrinə olduğunu düşünür. Yalnız 13%-i bunun “kompromis” olduğunu, 2%-i isə Avropa iqtisadiyyatına fayda verdiyini bildirib.
Ursula Von der Leyen güclü təzyiq altında
Respondentlərin 61%-i məsuliyyəti Avropa Komissiyasına aid edib, 28%-i isə üzv dövlətləri günahlandırıb. Maraqlı məqam odur ki, iştirakçıların 12%-i danışıqlardan kənarda qalan Avropa Parlamentini “əsas günahkar” sayıb.
Sorğu həm də Ursula Von der Leyenə qarşı ümumi narazılığı üzə çıxarıb. İyulun sonunda Donald Tramp ilə Şotlandiyada görüşərək sazişi yekunlaşdıran Komissiya sədri, tənqidlərdən sonra yazdığı məqalədə razılaşmanı “möhkəm, amma qüsurlu” adlandırmışdı.
İştirakçıların 75%-i onun Avropa maraqlarını “çox pis” və ya “pis” müdafiə etdiyini bildirib. Yalnız 19% isə “yaxşı” və ya “çox yaxşı” qiymətləndirib. Eyni zamanda, respondentlərin 72%-i ona ya “heç güvənmir”, ya da “az güvənir”.
Sorğuda iştirak edənlərin 60%-i fon der Lyayenin istefasına “çox müsbət” və ya “müsbət” yanaşdığını deyib.
ABŞ-la maliyyə öhdəlikləri və boykot çağırışları
Tənqid olunan başqa bir məqam isə Komissiyanın ABŞ qarşısında götürdüyü böyük maliyyə öhdəlikləridir. Razılaşmaya görə, AB Trampın prezidentlik müddəti bitənədək ABŞ enerji məhsullarına 750 milyard dollar, ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoymağı və 40 milyard dollarlıq Amerika istehsalı süni intellekt çipləri alacağını öhdəsinə götürüb.
Respondentlərin 76%-i bu öhdəliklərə qarşı çıxıb, yalnız 17%-i dəstəkləyib. Həmçinin, 70% ABŞ istehsalı məhsulları boykot etməyə hazır olduğunu bildirib.
Sorğuda iştirak edənlərin 71%-i AB-ABŞ ticarət sazişi barədə “yaxşı məlumatlı” olduğunu deyib ki, bu da Brüsseldə qəbul edilən siyasətlərin çox vaxt ictimaiyyət tərəfindən yetərincə izlənilmədiyini nəzərə alsaq, diqqətçəkici göstəricidir.
Nəticə etibarilə, Avropalıların 70%-i ölkələrinin AB-də qalmasını istəsə də, 24%-i Böyük Britaniya nümunəsində olduğu kimi çıxışa tərəfdar olduğunu bildirib.