
AŞPA-da maliyyə şantajı
Rusiya beynəlxalq qurumun sıralarına necə qayıtdı?
Rusiya beynəlxalq qurumun sıralarına necə qayıtdı?
Səməd Seyidovdan AŞPA-dakı millət vəkili haqqında şok sözlər
AŞPA-nın Monitorinq Komitəsində isə azərbaycanlı millət vəkilin yerinə təyinat olub
Ukrayna Avropa Şurasının Rusiyaya güzəştə gedə biləcəyindən narahatdır
Mahmud Məmmədquliyev: «Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideya deyil»
«Rusiya Azərbaycan-Avropa münasibətlərinin gərginləşməsində maraqlıdır»
İkinci «bayraq böhranı» yaşanmaması üçün çox çalışmaq lazımdır
Türkiyədə Dəniz Baykalın Azərbaycana qarşı səs verməsinə təəccübləniblər
Türkiyə AŞPA-da Azərbaycanı müdafiə etdi
... və əgər çıxarsa, nələr baş verə bilər?
Prezidentin köməkçisi: «Bu siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər?»
Prezidentin köməkçisi: «Artan təzyiqləri Azərbaycana qarşı xüsusi neqativ münasibətdən irəli gələn məsələdir»
Səməd Seyidov: «Avropa Şurasının baş katibi nədənsə yalnız Azərbaycanın üstünə düşüb»
Səməd Seyidov: «Hələlik bu sualın cavabını bilmirəm»
AŞPA-nın sessiyası 5 gün davam edəcək
AŞPA prezidenti ilə bağlı səsvermə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev dünən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının plenar iclasında çıxış edib. İclasda iştirak edən xarici jurnalistlər və deputatlar prezidentə sərt suallar ünvanlayıblar.
Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən politoloq Fərhad Mehdiyev bildirib ki, dünənki iclasdan sonra Qərb tərəfindən fərqli siyasi gedişlərin şahidi ola bilərik:
«Düşünürəm ki, bu 6 aylıq müddət ərzində - Azərbaycanın AŞ Nazirlər Kabinetinə sədrlik etdiyi zamanda ölkəmizə qarşı Qərbin diqqəti çoxalacaq. Eyni zamanda, Azərbaycana qarşı təzyiqlər də çoxalacaq. Bildiyiniz kimi, AŞ-ın əsas dəyərləri demokratiya, hüquqi dövlət və insan hüquqlarıdır. Quruma sədrlik edən dövlətdə isə bu göstəricilərin daha yüksək səviyyədə olması mütləqdir. Lakin Azərbaycanın obyektiv olaraq bu göstəricilərə tam çatması üçün müəyyən zaman lazımdır».
Qeyd edək ki, ölkə başçısı öz çıxışında qeyd edib ki, 2005-ci ildə AŞ PA Dağlıq Qarabağla bağlı 1416 saylı qətnamə qəbul edilsə də, nəticəsiz qalıb:
«Bu sənəddə işğala son qoyulmasına dair müddəalar aydın şəkildə qeyd olunub. Bundan sonra məsələ ilə əlaqədar xüsusi alt komitə yaradıldı. Lakin Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv fəaliyyəti və işi boykot etməsi nəticəsində komitənin fəaliyyəti dayandırıldı».