Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
17:55 | 10 iyul 2014 | Cümə axşamı
Məqaləyə 2260 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Alman mətbuatına görə, daha bir nəfər ABŞ üçün casusluq etməkdə şübhəli bilinib. Almaniya Federal Prokurorluğu «məxfi kəşfiyyat fəaliyyəti üzrə ilkin şübhələrə» görə Müdafiə Nazirliyinin işçisini istintaqa cəlb edib. İttihamlar sübut olunarsa, bu məsələ ötən həftəki həbsdən «daha ciddi» olacaq. Məlumatı «Deutsche Welle» yayıb.
Bir həftə deyil ki, federal prokurorluq Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) işçisini həbs edib. Məlumata görə, həmin işçi 200-dən çox sənədi 25000 dollar (18,326 avro) qarşılığında ABŞ Xarici Kəşfiyyat Agentliyinə (CİA) ötürüb. «İkiqat casus» 2 ildir ki, Almaniya Xarici Kəşfiyyat Xidmətində (BND) çalışırmış.
İkinci casusla bağlı hələlik həbs qərarı çıxarılmayıb. Alman mətbuatı hakimiyyət orqanlarının bu məsələni ötən həftəkindən «daha ciddi» araşdırdığını bildirib. Şübhəlinin ABŞ Xarici Kəşfiyyat Xidməti ilə əlaqələri olduğu güman edilir. Elə həmin məlumata əsasən, onun hazırda həbsdə olan casusla əlaqəsinin olduğu sübut edilməyib.
İyulun 9-da təhqiqatçılar şübhəlinin Berlindəki mənzilinə və ofisinə baxış keçiriblər. Bir neçə kompüter və yaddaş qurğuları müsadirə olunub.
Qeyd edək ki, şübhəli Almaniyanın Müdafiə Nazirliyində təhlükəsizlik siyasəti üzrə məsləhətçi vəzifəsində çalışan mülki şəxs imiş. Almaniyanın «WDR» telekanalının məlumatına görə, Müdafiə Nazirliyi onun çalışdığı şöbədə istintaq aparıldığını təsdiqləyib.
Berlin ciddi reaksiya verib
Çərşənbə günü aparılan istintaqın nəticəsi tam aydın olmayıb. Buna baxmayaraq, Berlin ABŞ-ın Almaniyada casusluq ehtimallarına ciddi reaksiya verib.
Almaniya kansleri Angela Merkelin nümayəndəsi Şteffen Zaybert Vaşinqton və Berlinin təhlükəsizlik və azadlıq anlayışlarının tam fərqli olduğunu bildirib.
Müdafiə naziri Ursula von der Leyen isə bildirib ki, ABŞ-la əməkdaşlıq yaxşılaşdırılmalıdır. «ABŞ gələcək əməkdaşlığımızla bağlı ortaq nəticəyə gəlmək üçün bizimlə birlikdə çalışmalıdır», - Leyen «Berliner Zeitung» qəzetinə bildirib.
Almaniyanın maliyyə naziri Volfqanq Şoyblenin (Wolfgang Schäuble) cavabı daha sərt olub. O, ABŞ-ı «səfehlikdə» və hər 2 əməkdaş arasında inamsızlıq yaratmaqda günahlandırıb. «ABŞ terror təhdidlərinə qarşı Almaniyaya kömək etsə də, amerikalıların Almaniyaya casus göndərməsi «tam səfehlikdir», - o deyib.
ABŞ aranı sakitləşdirir?
Vaşinqton bu ittihamlar qarşısında çox vaxt sussa da, ABŞ rəsmiləri aranı sakitləşdirməyə çalışıblar. ABŞ-ın Almaniyadakı səfiri Con B. Emerson ötən cümədən bəri kanslerlə düz 2 dəfə görüşüb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan isə Almaniya məxfi xidmətlərinin koordinatoru Klaus-Diter Fritşe ilə görüşüb. Görüşün təfərrüatları haqqında məlumat verlməyib.
«New York Times» qəzetinin yazdığına görə, ötən cümə axşamı kansler Merkellə danışan ABŞ prezidenti Barak Obama CİA casusundan xəbərsiz olub. Şübhəli həmin günün səhəri günü həbs olunmuşdu. Merkel isə əksinə, məsələdən xəbərdar olsa da, telefonda bundan söz açmayıb.
Xatırladaq ki, ötən il ABŞ Milli Təhlükəsizlik İdarəsinin (NSA) Merkelin telefon danışıqlarını izlədiyi məlum olmuşdu. Almaniya-ABŞ diplomatik münasibətləri bundan sonra gərginləşmişdi. ABŞ casusluğu ilə bağlı buhəftəki ittihamlardan sonra hökumət daha ciddi tədbirlər görüb. ABŞ xarici kəşfiyyat agentləri Almaniyada «persona non qrata» («arzuolunmaz şəxs») elan ediliblər.
Qeyd edək ki, iyulun 10-da casusluq işi ilə bağlı Parlament Komitəsinin bağlı qapı arxasında görüşü nəzərdə tutulub.
«Ölkədən çıxın»
Almaniya Berlindəki ABŞ səfirliyində kəşfiyyat rəhbərindən xahiş edib ki, ölkəni tərk etsin.
Buna səbəb Almaniyada ABŞ kəşfiyyatının fəaliyyəti ilə bağlı aparılan istintaqdır. Bunu Almaniya hökumətinin sözçüsü Şteffen Zeybert iyulun 10-da bildirib.
Şteffen Zeybert deyib ki, bu müraciət Baş Prokurorluğun apardığı istintaq və son aylar ABŞ kəşfiyyat xidmətlərinin Almaniyadakı fəaliyyəti ilə bağlı yaranan suallarla bağlıdır.