Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:51 | 14 iyul 2014 | Bazar ertəsi
Məqaləyə 1481 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Kanselor Angela Merkel ABŞ-ın Almaniyada casusluğu dayandıracağına şübhə edir. İyulun 11-də «Ağ Ev» təmsilçisi Coş Ernest (Josh Earnest) mətbuat qarşısına bəyan etdi ki, Almaniyanın casusluqla bağlı cavab reaksiyası ABŞ-ı qıcıqlandırır. Məlumatı «Reuters» xəbər agentliyi yayımlayıb.
İyulun 12-də Almaniya ictimai televiziyası «ZDF» ile müsahibədə kansler Angela Merkel Almaniyaya qarşı casusluğu tənqid etmiş, lakin təhlükəsizlik xidmətlərinin ABŞ kəşfiyyat agentlikləri ilə birgə əməkdaşlığının davam etdirəcəyini bildirmişdir. Müsahibə bazar günü axşam efirə veriləcək.
«Mən düşünürəm ki, ABŞ kəşfiyyat orqanlarını öz işləmə metodlarını tamamilə dəyişdirməyə inandırmaq elə də asan deyil», - deyə Merkel vurğulayıb. ABŞ agentliklərinin sırf Almaniya ilə bağlı casusluğa gəlincə öz iş siyasətlərinə dəyişiklik edəcəyini gözləyirsinizmi sualına, Merkel əlavə edib: «Mən bunu proqnozlaşdıra bilmərəm, ancaq ümid edirəm bu dəyişəcək».
Cümə axşamı, Almaniya xarici işlər nazirliyi ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin Berlindəki ən güclü casusunun ABŞ-a yola salınmasını tələb etmişdi. Bu addım ABŞ casus agentliklərinin iki almanı öz sıralarına alması ilə bağlı xəbərlərdən sonra olmuşdu. Bunlar, deyilənə görə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinə 25,000 avro (34,000 ABŞ dolları) müqabilində sirlər satan xarici kəşfiyyat idarəsinin işçisi və ittihamları inkar edən müdafiə nazirliyinin rəsmisidirlər.
Almaniyanın «isteriyası»
İyulun 11-i ABŞ rəsmiləri qalmaqalı jurnalistlərlə müzakirə etmişlər. «Ağ Ev» təmsilçisi Çoş Ernest Almaniyanın ABŞ casuslarının onların hökumət daxilində olmasına verdiyi reaksiyadan qıcıqlandığını gizlətməmişdir.
«ABŞ və Almaniya kimi mükəmməl kəşfiyyat agentliklərinə sahib müttəfiqlər daha yaxşı anlayır ki, bu cür kəşfiyyat yönümlü əməkdaşlıq və fəaliyyət öz-özlüyündə nəyi ifadə edir», deyə Ernest mətbuat yığıncağında bildirmişdir. «Hər hansı dəyişikliklər mövcud xüsusi kanallar vasitəsilə daha effektiv həll olunur, nəinki media vasitəsilə», - deyə o əlavə edib.
ABŞ Kəşfiyyat Komitəsinin sədri Mayk Rocers (Mike Rogers) Almaniyanı «isteriya» nümayiş etdirməkdə ittiham etmişdir. Miçiqan ştatından olan Respublikaçı CNN xəbər agentliyinə bildirmişdir ki, ABŞ kəşfiyyatı neçə «alman həyatı» xilas edib və rəsmi Berlin məsələ ilə bağlı «yetkin kimi söhbət» etməkdən yayınır.
ABŞ rəsmilərinin cavabı Almaniya Xarici İşlər Naziri Frank-Vater Şteynmeyr Vaşinqtondakı həmkarlarına zeytun budağı təklif etməsindən bir neçə saat sonra olmuşdur. Həmçinin media vasitəsilə Şteynmeyr bildirmişdir ki, casusluqla bağlı qalmaqala baxmayaraq Alman rəsmiləri ABŞ-la dostluğu yeniləmək istərdilər.
«Biz istərdik ki, bizim əməkdaşlığımız, bizim dostluğumuz dürüst bünövrə üzərində yenidən qurulsun», - deyə cümə günü Steinmeier jurnalistlərə bildirmişdir. Həmçinin o vurğulamışdır ki, münasibətlər təkcə qarşılıqlı güvən deyil, həm də hörmət üzərində qurulmalıdır.
«Biz istənilən halda buna hazırıq», - deyə Şteynmeyr bildirmişdir.