Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
10:32 | 30 iyul 2014 | Çərşənbə
Məqaləyə 1564 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
«Din azadlığı Ermənistan Konstitusiyası tərəfindən müdafiə olunur, lakin bəzi qanun və qaydalar bu azadlığı məhdudlaşdırır». ANS PRESS-in məlumatına görə, cümlə ABŞ Dövlət Departamentinin iyulun 28-də nəşr olunan 2013-cü il üçün Beynəlxalq Dini Azadlıq barədə illik hesabatında yer alıb.
Hesabatda, ölkədə dini təşkilatların üzləşdiyi maneələr arasında dini tikililərin ərsəyə gəlməsi və dini azlıqlara aid uşaqların məktəblərdə ayrı-seçkiliyə məruz qalması barədə məlumatlara yer verilib. «Ölkədə mövcud qanunlar erməni Apostol Kilsəsi üçün təmin edilən güzəştləri digər dini qruplara aid etmir», - deyə məlumatda bildirilir. Eyni zamanda qeydiyyatda olan dini qurumlar onların fəaliyyətində hüquqi maneələrin olmadığını da bildirir.
Hesabatda deyilir ki, may ayında Ermənistan parlamenti alternativ məşğulluq üzərində mülki nəzarətin yaradılması və alternativ hərbi xidmət haqqında qanuna dəyişiklikləri qəbul edib. Bu islahatlardan sonra, hökumət məcburi hərbi və ya alternativ əmək xidməti yerinə yetirmək üçün, dini zəmində xidmətdən imtina etdiyinə görə cəza çəkən «Yehova Şahidləri»nin üzvlərini azadlığa buraxıb. «Bununla yanaşı bir çox media üzvləri il ərzində dini azlıqlara qarşı qərəzli mövqe göstərib. ABŞ səfirliyinin əməkdaşları dini liderləri ilə sıx əlaqədə olub, hökumət rəsmiləri ilə görüşlər zamanı din və dinlərarası dialoq azadlığının inkişafına töhfə verməyə çalışıblar. Səfirlik dövlət və kilsə münasibətlərinin müzakirəsinə həsr olunmuş iki konfransa sponsorluq edib» - deyə, ABŞ Dövlət Departamentinin illik hesabatında bildirilir. Qeyd edək ki, Ermənistan əhalisinin 98,7 faizi xristiandır. Bundan 94,7 faizi erməni Apostol kilsəsinə aid, 4 faiz isə digər xristian təriqətindən olan insanlardır. 2,3 faiz Ermənistan əhalisi digər dinlərə mənsub insanlardır. Bunlar arasında Yezidi Kürdlərə aid esidizm, yəhudi və müsəlmanlar dini azlıqlar sırasındadır. Ermənistan bundan əvvəl də erməni Apostol kilsəsinin daha üstün şərtlərlə fəaliyyətinə görə tənqid olunub. Ölkənin bəslədiyi separatrçı qüvvələr tərəfindən İşğal olunmuş Azərbaycan ərazilərində onlarla məscidlər, tarixi və dini önəm daşıyan tikililər ya yerlə yeksan olunub və ya vandalizmə məruz qalıbdır.