vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 2 noyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AKTUAL  
Ərdoğan İlham Əliyevə zəng etdi 23:00 | 3 avqust 2014 | Bazar Məqaləyə 2159 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğan İlham Əliyevə zəng etdi

Ərdoğan cəbhədəki vəziyyətə görə İlham Əliyevə zəng etdi

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Məlumatı prezidentinin mətbuat xidməti yayıb

Məlumata görə, Türkiyənin baş naziri son günlər cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücumlarının qarşısını alarkən Azərbaycan hərbi qulluqçularının həlak olması xəbərindən dərindən kədərləndiyini bildirib. Bununla əlaqədar öz adından və Türkiyə xalqı adından Azərbaycan prezidentinə, xalqımıza və şəhidlərin ailələrinə başsağlığı verib.

Dövlətimizin başçısı başsağlığına və diqqətə görə öz adından və Azərbaycan xalqı adından Türkiyənin baş nazirinə və xalqına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı son günlər təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırıb.