vaxtlı-vaxtında oxuyun! Bazar, 21 dekabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AKTUAL  
Leyla Əliyevadan başsağlığı 23:08 | 3 avqust 2014 | Bazar Məqaləyə 2050 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Leyla Əliyevadan başsağlığı

"Azərbaycan şəhidləri mənim ürəyimdə əbədi yaşayacaq"

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəhid olan Azərbaycan hərbçilərinin ailələrinə başsağlığı verib.

ANS PRESS-in məlumatına görə, bu haqda Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Facebook səhifəsində yazıb.

“Şəhidlərin ailələrinə başsağlığımı ifadə edirəm! Həlak olmuş əsgərlərimiz Azərbaycanın müstəqilliyini müdafiə edərək onun milli azadlığını, torpaqlarını qoruyub. Onların qəhrəmanlığı, Azərbaycan xalqı qarşısında böyük xidmətləri heç vaxt unudulmayacaq, onlar mənim ürəyimdə əbədi yaşayacaq. Vətən, torpaq uğrunda şəhid olan oğullarımızın ailələri onlarla fəxr edə bilərlər. Çünki onlar müstəqil Azərbaycan üçün belə şücaətli oğullar, qəhrəmanlar böyüdüblər. Şəhidlərin ailələrinə daimi diqqət hər bir vətəndaşın borcudur, dövlətin, hökumətin, mənim, sizin borcunuzdur. Biz heç vaxt onları unutmamalıyıq. Bilin ki, mən həmişə sizinlə, xalqlayam və ömrümün sonunadək sizinlə qalacağam”.