Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:55 | 12 sentyabr 2014 | Cümə
Məqaləyə 1592 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyalara ABŞ da qoşulub. Virtualaz.org saytı İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiya siyahısına 6 bank daxil edilib. Həmin banklar bunlardır: «Sberbank», «Bank Moskvı», «Qazprombank», «Rosselxozbank», «Vneshekonombank» və «VTB Bank».
ABŞ Maliyyə Nazirliyi Rusiyanın müdafiə sənayesi sahəsindəki bütün müəssisələrin qadağaların təsiri altına düşəcəyini bəyan edib.
Rusiya prezidenti Vladimir Putin isə ABŞ-ın sanksiyaları qarşısında geri çəkilməyə hazır olduğuna eyham vurub.
Virtualaz.org saytı İTAR-TASS-a istinadən bildirir ki, Putin Rusiya istehsalçılarının maraqlarına cavab verəcəyi təqdirdə cavab sanksiyaları tətbiq etmək təklifinə razı olacaqlarını deyib.
«Əgər Rusiya hökuməti cavab sanksiyalarının bizim iqtisadiyyata kömək edəcəyi qənaətinə gəlsə, biz bunu edəcəyk. Yox, əgər söhbət sadəcə «krutoyluq» etməkdən və buna görə zərərə düşməkdən gedirsə, bunu heç vaxt etməyəcəyik» - deyə V.Putin bildirib.
Qeyd edək ki, Avropa İttifaqına daxil olan ölkələr də bu gün Rusiyaya qarşı sanksiyaların yeni paketini tətbiq edib. Bununla da Rusiyaya qarşı iqtisadi sanksiyalar artıq qüvvəyə minib.
Qərb KİV-ləri xəbər verir ki, bu qadağalar həm Rusiya şirkətlərinə, həm də fiziki şəxslərə şamil olunacaq.
Yeni sanksiyalar siyahısına Rusiyanın neft nəhəngləri «Rosneft», «Transneft», «Qazpromneft» şirkətləri daxil edilib. Avropanın kapital bazarı onların üzünə faktki olaraq bağlanıb.
Habelə müdafiə sənayesi korporasiyası olan «Oboronprom», Birləşmiş Aviakorporasiya, «Uralvaqonzavod» da qadağaların təsiri altına düşüb. Bu şirkətlər səhmlər və istiqrazlar vasitəsilə maliyyələşmək imkanlarından məhrum ediliblər. Bundan əlavə, 9 rus şirkətinə ikili təyinata malik texnologiyalar satmaq qadağası qoyulub. Rusiya və Ukrayna vətəndaşı olan 24 vəzifəli şəxs də sanksiya tətbiq edilib.