Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:45 | 11 noyabr 2014 | Çərşənbə axşamı
Məqaləyə 1505 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Bakıda məxfi ABŞ-İran danışıqları gedir. Virtualaz.org saytı xəbər verir ki, bu sensasion məlumatı «London Times» qəzeti yayıb.
Məlumatda deyilir ki, danışıqların birinci raundu İran və Amerika rəsmiləri arasında ötən həftə olub. Tərəflər ABŞ-la İran arasında nüvə razılaşması əldə olunacağı təqdirdə 1979-cu ildə kəsilmiş diplomatik münasibətlərin bərpasına dair müzakirələr aparıblar.
İranla 5+1 qrupu ölkələri arasında (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü+Almaniya) nüvə danışıqlarında yekun razılaşmanın əldə edilməsi üçün noyabrın 24-nə qədər vaxt müəyyən olunub.
«London Times» xəbər verir ki, tərəflər nüvə anlaşmasına yaxındır və bu səbəbdən ABŞ-la İran rəsmiləri nüvə anlaşmasının əldə olunmasının ardınca ikitərəfli diplomatik münasibətlərin bərpası məsələsini müzakirə edirlər.
Mənbə bildirib ki, Bakı danışıqlarında mövzu ABŞ-ın Tehranda ticarət nümayəndəliyinin açılması barədə olub. Adının açıqlanmasını istəməyən İran rəsmiləri qəzetə bildiriblər ki, danışıqların növbəti raundu bu həftə yenidən Bakıda keçirilsin. Tehranı həmin danışıqlarda İranın qlobal ticarət Bürosunun rəhbəri Məhəmməd Rza Səbzəlipur təmsil edəcək.
«Nüvə danışıqlarına paralel olaraq neçə vaxtdır ki, iki ölkədən seçilmiş komandalar arasında diplomatik əlaqələrin bərpa edilməsinə dair danışıqlar aparılmaqdadır» - mənbə bildirib.
Qəzet yazır ki, bu danışıqlarda müəyyən irəliləyiş əldə edilib. İran hökumətinin müşaviri bildirib ki, əgər razılaşma əldə edilsə və iqtisadi sanksiyaların götürülməsi qrafiki müəyyən edilsə, rəsmi Tehran ABŞ-ın İranda məhdud diplomatik təmsilçiliyinin yaradılmasını alqışlayacaq.
«Mümkün variantlardan biri Amerika ticarət ofisinin açılmasıdır. Bunun alternativi mədəniyyət ofisidir, sırf akademik mübadilələr üçün» - mənbə deyib.
Mənbə Amerika biznesinin və investisiyalarının İrana geri qaytarılmasına real istək olduğunu da bildirib.
ABŞ Dövlət Departamenti isə Bakıda məxfi İran-Amerika danışıqlarının getdiyinə dair xəbəri təsdiqləmir. Dövlət Departamentindəki mənbə İranda ticarət ofisinin açılmasına dair heç bir danışıqların getmədiyini, Səbzəlipur adlı uran rəsmisi ilə təmasların olmadığını bildirib.
Bununla belə Qərb mətbuatı qeyd edir ki, ötən həftə prezident Barak Obamanın ayətullah Xamneyiyə məxfi məktub göndərdiyi də üzə çıxmışdı. Həmin məktubda Obama İrana İŞİD-ə qarşı mübarizədə ümumi maraqlarının olduğunu yazmışdı.
Obama məktubun göndərildiyini nə təsdiq, nə də təkzib edib, bildirib ki, həqiqətən İranın İraq və Suriyadakı şiələr üzərində güclü təsir imkanları var.
Ancaq Obama İranla nüvə anlaşmasının İŞİD-ə qarşı mübarizə ilə əlaqəli olmadığını deyib.