vaxtlı-vaxtında oxuyun! Şənbə, 7 fevral 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
«Biz ortada qalmış xalqıq» 17:08 | 5 dekabr 2014 | Cümə Məqaləyə 1426 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz ortada qalmış xalqıq»

Erməni liderin tarixi etirafı

«V əsrdə biz İranla Bizansın ortasında qalmışdıq, indi isə Rusiya ilə ABŞ-ın ortasındayıq, sabah da kimlərsə çıxacaq».

ANS PRESS-in məlumatına görə, bunu Ermənistanın «İrs» partiyasının parlament fraksiyasının başçısı Ruben Akopyan qanunverici orqandakı çıxışında deyib.

V əsrdən bu yana Ermənistanın müstəqilliyin itirməsindən danışan Akopyan bildirib: «Onda da biz özümüzdən başqa hamını günahlandırmaqla məşğul idik, biz bütün bəlalara görə İran və Bizansı günahlandırırıq. Problem isə özümüzdədir. Biz tariximizin niyə bu cür getdiyini müəyyən etməyənə qədər qonşularımızı günahlandırmaqda davam edəcəyik».

«Milli dəyərimiz olan ailəmizi itirdiymizə görə məgər Amerika günahkardır?» - deyə Akopyan parlamentə sual verib.