Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:46 | 31 yanvar 2016 | Bazar
Məqaləyə 1213 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Oman körfəzində gərginlik
Pentaqon Rusiyaya məxsus təyyarənin Türkiyə hava məkanını pozduğunu təsdiq etməyə hazırdır. ANS PRESS-in məlumatına görə, ABŞ-ın müdafiə nazirliyinin nümayəndəsi Mark Rayt Ankaranın rus hərbi təyyarəsi tərəfindən Türkiyə hava məkanının pozulmasına dair bəyanatını təsdiq etdiklərini bildirərək, Rusiya və Türkiyəni münaqişənin genişlənməməsi üçün danışıqlara və tədbirlərin görülməsinə çağırıb.
«Biz baş verənlər haqda xəbərdarıq və ötən gün daha bir Rusiyaya məxsus təyyarənin Türkiyənin və NATO-nun hava məkanını pozduğunu təsdiq etməyə hazırıq. Keçən insidentlər zamanı da bəyan etdiyimiz kimi, ABŞ NATO və Türkiyə ilə həmrəydir və
biz Rusiyanı Türkiyənin hava məkanına hörmət etməyə və regionda qeyri-sabitliyə səbəb olan addımlara son qoymağa çağırırıq», - deyə Mark Rayt qeyd edib.
Rusiya təyyarəsi tərəfindən ölkənin hava sərhədinin yenidən pozulması barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi (XİN) yayıb. XİN bildirib ki, hadisə 2016-cı il yanvarın 29-da baş verib. Rusiya hava qüvvələrinə aid bir ədəd Su-34 döyüş təyyarəsi yerli vaxtla saat 11:46-da Türkiyə hava sahəsini pozub.
Xarici İşlər Nazirliyinin məlumatına görə, hadisədən əvvəl Rusiya Federasiyasının təyyarəsinə Türkiyə tərəfindən dəfələrlə rus və ingilis dillərində xəbərdarlıq edilib. «Ölkəmiz və NATO tərəfindən edilən açıq xəbərdarlıqlara baxmayaraq bu pozuntu da Rusiyanın aradakı problemləri gərginləşdirmək istiqamətində hərəkətlərinin yeni və konkret bir göstəricisidir», - deyə Türkiyə XİN-in məlumatında vurğulanıb.
Rusiyanın Müdafiə Nazirliyi isə SU-34 təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair məlumatı təkzib edir.
Türkiyə tərəfi bu cür məsuliyyətsiz davranışlar nəticəsində ortaya çıxa biləcək «dəhşətli hadisələrə» görə Rusiyanın məsuliyyət daşıdığını bildirib. XİN-in bəyanatında hadisə ilə bağlı Rusiyanın Türkiyədəki səfirinin nazirliyə çağırılaraq Ankaranın etirazının onun nəzərinə çatdırdığı da bildirilir.
İki ölkə arasında oxşar hadisə 2015-ci ilin noyabr ayında da baş vermişdi. Ankara dəfələrlə hava sərhədini pozmuş Rusiya təyyarələri ilə bağlı etirazını Moskvanın diqqətinə çatdırsa da Kreml məsələyə etinasızlıqla yanaşmışdı. Nəticədə, noyabrın 24-də Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurmağa məcbur olmuşdu.
Su-34 döyüş təyyarələri taktiki bombardman üçün modernləşdirilmiş Su-27 modelinin iki nəfərlik versiyasıdır. İki pilotun yan-yana oturduğu və eyni vəzifəni yerinə yetirməyə imkan verən xüsusi bir dizayna sahibdir.