Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:28 | 27 oktyabr 2016 | Cümə axşamı
Məqaləyə 1000 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin generallarına Amerika ilə hərbi qarşıdurma riski yaratdıqları üçün bərk qəzəblənib.
Virtualaz.org xəbər verir ki, bu barədə yüksək rütbəli Rusiya rəsmisinə istinadən «Bloomberg» bildirir. Məlumata görə Putin Rusiya qırıcılarının Qara dənizdə Amerika hərbi gəmisinə təhlükəli dərəcədə yaxın məsafədən uçması və gəmiyə hücumu imitasiya etmsinə görə generalları danlayıb.
Həmin insident oktyabrın 10-da baş verib. ABŞ donanmasının «Mount Witney» flaqmanı «regional təhlükəsizliyin təmin edilməsi üçün» Qara dənizə daxil olub. Rusiya isə gəmini qırıcılarla «qarşılayıb». Pentaqonun bildirdiyinə görə, Rusiya qırıcıları hərbi gəmiyə təhlükəli səviyyədə yaxın məsafədən uçublar və bunun riskli olduğu barədə xəbərdarlığa məhəl qoymayıblar.
Bu insident barədə xəbər tutan Putin Müdafiə Nazirliyinin rəhbərliyini müşavirəyə çağırıb və baş verənləri «çox riskli» adlandırıb. Bu zaman generallar deyiblər ki, amerikalılar baş verənlərə layiq idi. Məlumata görə Putin generallara qəzəblənib. «Siz dəli olmuşunuz? Başınız xarabdır?»-deyib.
Analoji insident bu ilin aprelində baş vermişdi. ABŞ-ın «Donald Cook» esminetsi Qara dənizə daxil olanda Rusiya bombardmançıları və qırıcıları onun üzərindən uçuşlar keçirib. Təyyarələrdən biri gəminin cəmi bir neçə metrliyindən uçub. Ağ Evdə bu insident hiddət doğurub. Vaşinqton bildirib ki, Rusiya pilotlarının hərəkətləri beynəlxalq hava və dəniz məkanında silahlı qüvvələrin davranış normalarına ziddir.
«Bloomberg» qeyd edir ki, Putinin bu reaksiyası Rusiya prezidentinin NATO və ABŞ-la hərbi toqquşmada maraqlı olmadığını, ancaq onun hakimiyyətində qarşıdurmanı dərinləşdirməyə can atan «qırğıların» mövcudluğunu göstərir.