
Plutonun yoldaşı tapılıb var
Günəş sistemində təəccüblü yeni kəşf, bir dövrəni 25 min ilə vurur
Günəş sistemində təəccüblü yeni kəşf, bir dövrəni 25 min ilə vurur
Dünyanın ilk Günəş fırtınası məşqi boşluqları üzə çıxardı
NASA-dan xəbərdarlıq: “Elektrik kəsilməsi mümkündür”
23 ildir araşdırılan göy cisminə dair yeni əlamətlər aşkar edilib
41 qadından və 35 kişidən biri ölümcül xəstəliyə tutulur
Ulduz tərəfindən udulmuş planetin yarılmasının şok nəticələri
Ay torpağından günəş paneli
Hərarəti 100 milyon dərəcəni aşdı
Mikrodalğalı soba ideyası ilə işləyən cihaz astronavtlar üçün həyati problemi həll edə bilər
İmmuniteti gücləndirir, təzyiqi aşağı salır, xoşbəxtlik hissini artırır
İdeya sübut olunsa, “Böyük partlayış” fərziyyəsi puç olacaq
ABŞ-ın Aydakı kosmik gəmisindən səs yoxdur
Qaranlıq enerji kainatı parçalayacaqmı?
2025-ci ilin ilk təbii hadisəsində Yerin kölgəsi peykini tamamilə örtəcək
Alimlər günəş istiliyinin zəlzələlərə təsirini qeyd edirlər
Yeddi planet eyni vaxtda görünəcək
Günəşin səthində nisbi sakitlik hökm sürür və «gündüz ulduzu»muzun görünən tərəfində cəmi 12 ləkə və 1 zəif fəallıq qrupu (ləkələr toplusu) müşahidə olunur.
APA bildirir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, son 6-7 gündə özünü fasilələrlə göstərən geomaqnit həyəcanlaşmaları hətta G1 və G2 sinfinə mənsub olan geomaqnit qasırğalarına da səbəb olub (şkala üzrə maksimum G5 olur). Hazırda qasırğa səngimək üzrədir və əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti bu gün 3-ə yenib (maksimum qiymət 9-dur). Qasırğa olan günlərdə şimal en dairələrində geomaqnit qasırğasının təzahürü və gözəl təbiət hadisəsi olan qütb parıltıları da müşahidə olunub. Günəş səthində müşahidə olunan nisbi sakitlik davam edəcək, Günəş alışmalarının baş vermə ehtimalı cəmi 1-5% arasında dəyişəcək və zəif geomaqnit həyəcanlaşması yaxın günlərdə də davam edəcək.
Geomaqnit həyəcanlaşmaları və qasırğaları mürəkkəb bir heliogeofiziki prosesdir. Bir daha qeyd etmək lazımdır ki, son günlərdəki qasırğaların səbəbi Günəş səthində hal-hazırda mövcud olan «tac dəlikləri»ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiri olub («tac dəlikləri» demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir).
Bu gün yuxarı en dairələrindən fərqli olaraq, bizim orta coğrafi en dairələrində yaşayan sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur, onlarda hətta bəzi hallarda gümrahlıq effektləri yarana bilər, lakin risk qrupuna daxil olan insanlar (ürək-qan-damar sisteminin xroniki xəstələri, ahıl insanlar və qismən uşaqlar) həkim məsləhəti əsasında profilaktik (önləyici) tədbirlər görməlidirlər. Tövsiyə olunan isə təşvişə düşməmək və «aktiv istirahət» etməkdir. Meteoroloji şəraitin son günlər müşahidə olunan kəskin dəyişmələri kosmik hava ilə birgə təsir etdikdə, neqativ hallar daha da güclənə bilər (son günlər məhz bu hallar müşahidə olunurdu). Ümumiyyətlə isə, bu təsirlər hər bir funksional sağlam individum üçün xeyli fərqlənə bilər. Geomaqnit qasırğaları bir sıra texnoloji sistemlərə zəif təsir edərək kommunikasiya radiodalğalarında qısamüddətli sönmələr (və ya «donmalar») və radiasiya fırtınaları yarada bilər. Bu dəfə belə hallar qeydə alınmayıb.