Çin daha bir ölkəni Rusiyanın əlindən alır
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
10:08 | 7 noyabr 2016 | Bazar ertəsi
Məqaləyə 1746 dəfə baxılıb
Şriftin ölçüsü
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Pekinin süni adalar işini sürətləndirməsi Tokionu hərəkətə keçirdi
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
Səkkizi Nobel mükafatı laureatı daxil olmaqla, yüzlərlə tanınmış iqtisadçı deyir ki, Respublikaçı Donald Tramp prezidentlik üçün «təhlükəli seçimdir». «The Wall Street Journal» qəzetində dərc olunan buna bənzər bir digər məktubda, yüzlərlə iqtisadçı Hillari Klintonun ləng artan iqtisadiyyata təkan verməyə yardım etməyən siyasəti davam etdirəcəyini deyir. Hər iki böyük partiyanın üzərində razılaşdığı bir neçə iqtisadi məsələdən biri nəhəng Sakit Okean ticarət sazişidir.
Donald Tramp vergi və qayda-qanunların kəskin azaldılmasına, neft və kömür hasilatının artırılmasına çağırır. O deyir ki, nöqsanlı xarici ticarət razılıqları Amerikadakı milyonlarla iş yeri bahasına başa gəlib.
Tramp Çin və Meksika mallarına tarifləri artıracaq və ticarət tərəfdaşları ilə sərt şərtləri olan sazişlər imzalamağa çalışacaq.
Lakin iqtisadçılar deyir ki, buna cavab olaraq Çin və Meksika da tarifləri artıracaq ki, bu da ticarət və iqtisadi artımı yavaşladacaq.
Piterson Beynəlxalq İqtisadiyyat Universitetindən Markus Noland deyir ki, bu, həmçinin iş yerlərinin itirliməsinə səbəb ola bilər:
«Birləşmiş Ştatların iqtisadiyyatı yüngül tənəzzülə uğrayır, özəl sektorda 4,8 milyon iş yeri azalıb».
Dövlət katibi olduğu dövrdə demokrat Hillari Klinton nəhəng Trans-Sakit Okean Tərəfdaşlığı («Trans-Pacific Partnership» –TPP) sazişini dəstəkləyirdi və bu, onun siyasi rəqiblərinin tənqidlərinə səbəb olmuşdu.
İndi isə Klinton razılığın əleyhinədir. Buna görə də, tənqidçiləri onu siyasi fürsətçilikdə ittiham edir. Lakin Klinton deyir ki, danışıqlardan sonra ərsəyə çıxan razılıq bir zamanlar onun dəstəklədiyi TPP sazişi ilə eyni deyil. O, yeni razılığın ABŞ işçilərinə faydasının olmadığını iddia edir.
«Mən amerikalılar üçün yaxşı iş yerləri yaratmağa, maaşları yüksəltməyə yardım etməyən heç bir razılığı dəstəkləməyəcəyəm», - deyə Klinton bildirib.
Bu arada Tramp tərəfdarı və texnologiya milyarderi Piter Tiel deyir ki, Klintonun çalışan insanlardan xəbəri yoxdur.
«Bizim bütün elitamız azad ticarəti təbliğ edir. İctimai siyasəti müəyyən edən ali təhsilli insanlar deyir ki, iqtisadi nəzəriyyəyə əsasən, ucuz idxallar hər kəs üçün faydalıdır. Ancaq praktikada biz xarici ticarət sayəsində on minlərlə fabrik və milyonlarla iş yeri itirmişik,» deyə Tiel bildirir.
Lakin təhlilçi Coel Prakkenin sözlərinə görə, belə görünür ki, investorlar Klintondan daha çox Trampdan narahatdır.
«Rəy sorğularına əsasən, Klitonun qələbə şansları artdığında, səhm birjalarında qiymətlərin artdığı müşahidə olundu, Klintonun qalib gəlmə şansları azaldığında isə qiymətlər düşməyə başladı».
İki rəqib arasındakı iqtisadi fikir ayrılıqlarından biri də vergilərdir.
Tənqidçilər deyir ki, Trampın irəli sürdüyü vergi güzəştləri sadəcə zənginlər üçün faydalı olacaq və dövlət borcunu artıracaq.
Klinton minimum əmək haqqının və zənginlərin vergilərinin artırlmasını, eləcə də Amerika şirkətlərini iş yerlərini ABŞ-da saxlamağa həvəsləndirən vergi dəyişiklikləri təklif edir.
Lakin Klintonun mühafizəkar tənqidçiləri deyir ki, yüksək vergi daha az iqtisadi artıma bərabərdir.
Daha bir iqtisadi məsələ isə ABŞ-ın dövlət borcudur. Bitərəf Məsuliyyətli Federal Büdcə Komitəsi heç bir namizədin vergi və xərcləri yoluna qoymaq üçün real planının olmadığını, ancaq Trampın yanaşmasının Klintonunkundan da pis olduğunu deyir.