ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
19:42 | 22 noyabr 2016 | Çərşənbə axşamı
Məqaləyə 1108 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Avropanın mərkəzində müharibə qorxusu
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
«The Guardian» yazır ki, bir tarixçi ABŞ prezidenti seçilmiş Donald Trampın babasının Almaniyadan qovulmasını və ona bir daha həmin ölkəyə qayıtmamaq əmrinin verilməsini təsdiqləyən sənədləri aşkar edib.
Məqalədə deyilir ki, Fredrix Tramp barədə 1905-ci ildə verilmiş fərmanda ondan Bavariya krallığını səkkiz həftə ərzində tərk etmək tələb olunub. Buna səbəb Trampın babasının əsgərlikdən yayınması və ABŞ-a gedərkən hakimiyyət orqanlarını xəbərdar etməməsi olub.
Fredrix Tramp Amerikaya 1885-ci ildə mühacirət etmişdi.
Reynland-Pfaltsdan olan tarixçi Roland Pol sözü gedən sənədi arxivdən tapıb və bu barədə «Bild» qəzetinə müsahibə verib.
O deyib ki, ABŞ-a 1885-ci ildə yerli hökumətə bildiriş vermədən mühacirət etmiş Fredrix Trump sonradan Almaniyaya qayıtmaq istəyəndə onun bu ricası rədd edilib, çünki o hərbi mükəlləfiyyətini yerinə yetirməkdən yayınmışdı.
Fərman «Amerika vətəndaşı və pensiyaçısı Fredrix Trampa ərazini ən geci mayın 1-dək tərk etməyi əmr edir və elan edir ki, əks halda o deportasiya ediləcək.
Trampın babası hazırda Reynland-Pfalts adlanan torpaqdakı Kalştadt şəhərində 1869-cu ildə doğulmuşdu. Onun 16 yaşında ikən ABŞ-a mühacirətinə səbəb yoxsulluqdan yaxa qurtarmaq istəyi idi.
Bu həmin vaxtlar idi ki, Amerikada «qızıl qızdırması» zəmanəsi idi. Fredrix Tramp Alyaskada qızıl axtaranlar üçün yeməkxana və hətta bəzi iddialara görə fahişəxana düzəltmişdi.
Onun haqqını çox vaxt qızıl ərintiləri və külçələri ilə ödəyirdilər, o isə bunları artıq Nyu Yorka köçmüş və orada mülkiyyət dəllallığı edən bacılarına göndərirdi.
Lakin 1901-ci ildə Kalştadt şəhərinə qayıdan Fredrix burada Elizabet Krist adlı qıza vurulur və onunla evlənir. Lakin daha sonra Elizabet Almaniya üçün xiffət çəkəndə hakimiyyət ər-arvadın qayıtmasına icazə vermir.
1905-ci il fevralın 27-də qərardan yazdığı apellyasiya ərizəsində Tramp şahzadə Luitpolda «çox sevilən, nəcib, müdrik və ədalətli padşah» sözləri ilə müraciət edib.
Bu tərifli sözlərə baxmayaraq şahzadə ərizəni rədd edir və baba Tramp qızı ilə birlikdə 1905-ci ilin 1 mayında Almaniyanı tərk edib buxar gəmisi ilə Nyu York şəhərinə yola düşür.
Bu vaxt Elizabet üç ay idi ki, Donald Trampın atası Fredə hamilə idi.
İndi əhalisi 1200 nəfər olan Kalştadt şəhərinin sakinləri zarafat edirlər ki, Donald Trampın ABŞ prezidenti seçilməsinə görə təqsir onun babasını vətəndən qovmuş Almaniya hakimiyyətinin üzərinə düşür.
«The Guardian» yazır ki, həmyerliləri Donald Trampla fəxr eləmir və onun öz həmvətənləri saymırlar.