Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:13 | 10 dekabr 2016 | Şənbə
Məqaləyə 712 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Amerikanın xüsusi xidmət orqanları Rusiyanın bu ölkədə keçirilən prezident seçkiləri kampaniyasına müdaxiləsini və Donald Trampın irəliləməsini necə təmin etdiyini sübuta yetirən faktları aşkarlayıb. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatla «The Washington Post» qəzeti Mərkəzi Kəşfiyyat İdarəsindəki (MKİ) mənbələrə istinadən çıxış edib.
Qəzetin yazdığına görə xüsusi xidmət orqanları Rusiya hakimiyyəti ilə əlaqələrki olan və seçki kampaniyasına müdaxilə edən şəxslərin kimliyini müəyyən ediblər. Həmin şəxslər Demokratlar partiyasının serverlərinə müdaxilə edərək Hillari Klintonun əleyhinə minlərlə kompromatlar əldə edib və onları «WikiLeaks» saytına ötürüb.
«Həmin şəxslər Rusiyanın Trampın irəliləməsinə yönəlmiş əməliyyatında iştirak ediblər və Hillari Klintonun kampaniyasına zərbə vurublar» - MKİ-dəki mənbə bildirib. Yüksək rütbəli amerikalı məmur deyib ki, Rusiyanın hərəkətləri namizədlərdən birinin, konkret olaraq Trampın dəstəklənməsinə yönəlmişdi.
Bildirilir ki, ötən həftə MKİ Rusiyanın seçki prosesinə müdaxiləsinə dair faktları Konqresin bir qrup nüfuzlu üzvü ilə keçirilən qapalı brifinqdə təqdim edib.
Tramp özü isə Rusiyanın onun seçilməsinə yardım etməsi barədə kəşfiyyatın iddialarını «siyasi motivli» adlandırıb. «Bu iddiaları hazırlayanlar vaxtilə Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olduğunu da eynilə iddia edirdilər» - Trampın qərargahı bildirir.
Qeyd edək ki, Tramp seçiləndən sonra da dəfələrlə Rusiya ilə yaxşı münasibətlər quracağı haqda bəyanatlar verib və administrasiyasında mühüm postlara Moskva ilə yaxınlığı olan adamları təyin edir.