Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:46 | 13 dekabr 2016 | Çərşənbə axşamı
Məqaləyə 1692 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
İsrailin baş naziri Benyamin Netanyahu Bakıya səfərindən əvvəl, dekabrın 12-də axşam ABŞ-ın «Lookhed Martin» şirkətinin bu ölkəyə satdığı F-35 qırıcı-bombardmançı təyyarələrinin ilk partiyasını qəbul edib.
Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, təyyarələrin İtaliyadakı aviabazalardan birindən İsrailə uçması hava şəraitinə görə bir neçə saat ləngiyib. Nəticədə təyyarələr gecə saatlarında Negev səhrasındakı İsrail aviabazasına çatıb.
Buna baxmayaraq Netanyahu təyyarələri şəxsən qarşılamaq üçün aviabazaya gedib. Bildirilir ki, İsrail ABŞ-dan radara yaxalanmayan, stels texnologiyalı F-35 təyyarələrini əldə edən ilk ölkə olub. Və bu təyyarələr İsrailin uzaq məsafələrdəki, o cümlədən İrandakı hədəfləri vurmaq imkanlarını artıracaq. Müqaviləyə əsasən ABŞ şirkəti İsrailə 50 F-35 təyyarəsi satacaq. Təyyarələrin hər birinin qiyməti 100 milyon dollardır.
«Bizim uzun əlimiz indi daha uzun və qüdrətli oldu»-Benyamin Netanyahu İrana eyhamla Nevatim aviabazasında F-35 təyyarələrini qarşılayarkən deyib.
Məlumata görə təyyarələrin İsrailə təhvil verilməsi mərasimində gecə saatlarına baxmayaraq ABŞ müdafiə naziri Eşton Karter də iştirak edib. Karter deyib ki, təyyarələr İsrailə regionda hərbi balansı saxlamaq üçün olduqca vacibdir.
F-35 təyyarələri ABŞ Hərbi Hava Qüvvələri tərəfindən ötən ilin avqustundan istifadə olunur. F-35 layihəsi Pentaqonun ən bahalı və irimiqyaslı silah layihəsidir. İsrail ilin sonuna qədər iki eskadrilya F-35 təyyarəsinə malik olacaq.