Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:08 | 13 dekabr 2016 | Çərşənbə axşamı
Məqaləyə 817 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Noyabr ayının 8-i ABŞ-da keçirilən seçkilərdə Respublikaçıların namizədi Donald Tramp qalib gəldi. Donald Tramp ziddiyətli seçki vədləri ilə gündəmə gəlmişdi. Gənc fəal, politoloq Bəxtiyar Hacıyev Modern.az-a Donald Trampın prezident seçilməsinin dünyaya təsirləri haqqında danışıb.
«Onun prezident seçilməsi dünyanın bir çox ölkəsində, xüsusilə də Avropanın bir neçə ölkəsində populist siyasətçilərin ruhlanmasına səbəb olub.
Artıq Avropanın bir neçə aparıcı ölkəsində populist namizədlər sorğularda irəliləyir, seçkilərə daha ümidlə və inamla gedirlər. Lakin, Trampın populist, parçalayıcı və azlıqda olan din, millət, irqdən olanları aşağılayan ritorikası daha çox qanunsuz miqrasiyanın təsirinə düşmüş ölkələrdə öz nəticələrini göstərə bilər.
Bir çox ölkədə Klintonun prezidentliyi müddətində hansı dəyişikliklərin baş verə biləcəyini asanlıqla proqnozlaşdırmaq olurdu. Çoxları status-kvonun davam edəcəyinə hazırlaşmışdı. Ancaq Trampın prezident seçilməsi dünya liderləri üçün qeyri-müəyyənlikləri artırdı. Onun indiki keçid komandası, növbəti kabineti üçün nəzərdə tutduğu kadrlar da özü qədər qeyri-müəyyənliyi artıran şəxslərdir».
Ekspertin sözlərinə görə, Tramp daha çox ABŞ-ın dünyanın supergücü olmasını, ABŞ-ın dünyada öz şərtlərini diktə etməli olduğunu göstərən obraz kimi özünü təqdim etməyə çalışır.
«Onun atdığı bəzi addımlar indidən ABŞ-ın digər ölkələrlə əlaqələrini sual altında qoyur. Məsələn, Trampın yeni seçilmiş prezident kimi Tayvan hakimiyyəti ilə telefon danışığı, ondan sonra Çin Xalq Respublikası ilə uzun müddət davam edən ikitərəfli əlaqələri zərbə altında qoyacaq açıqlamalar verməsi diqqət çəkdi. Trampın prezidentliyi dövründə hansı diplomatik qalmaqalların ortaya çıxa biləcəyini göstərir.
Bundan başqa, Mərkəzi Kəşfiyyat İdarəsi ABŞ prezidenti Barak Obamanı və Senat üzvlərini seçkilərdə Rusiyanın müdaxiləsi ilə bağlı məlumatlandırıb. Eyni zamanda, Tramp öz administrasiyasında dövlət katibi postuna Rusiya ilə sıx əlaqələri olan «Exxon Mobil» şirkətinin rəhbərini təyin etməyi planlaşdırır. Mərkəzi Kəşfiyyat İdarəsinin Trampın Rusiya ilə əlaqələri ilə bağlı məlumatına Tramp özünün tvitter hesabında çox aşağılayıcı şəkildə cavablar verib. Bu isə, Rusiya təsiri altındakı ABŞ-ın dünyada sülhü necə bərqərar edəcəyini sual altında qoyur».
«Trampın prezident olmasının Azərbaycana hansısa təsirləri ola bilər» sualını cavablayan Bəxtiyar Hacıyev bildirib: «Trampın böyük ölkələrlə, böyük məsələlərdə hansı addımları atacağını indidən proqnozlaşdırmaq çətindir, o ki qaldı Azərbaycan kimi kiçik ölkələrlə bağlı məsələlərdə.
Bir şey aydındır ki, Rusiya ilə sıx münasibətləri olan şəxsin ABŞ prezidenti olması və regionla bağlı hər hansı bir anlaşmasının olması Azərbaycanın əleyhinədir».